EURO 1,9133 NEFT 53,79
USD 1,7021 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.03.2017 12:59:35

Bu gün Nardaran olaylarıyla bağlı həbs olunan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin məhkəməsi keçirilib

İslamazeri.az-ın "Azadlıq Radiosu"na istinadən verdiyi xəbərə görə, Gəncədən olan üç dindar - Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılov martın 12-də məhkəmədə ifadə verib. Onların üçü də Gəncədə həbs olunublar. Cinayət işinin materiallarında hər üçü Müsəlman Birliyi Hərəkatının fəalı, hərəkatın sədri Taleh Bağırzadənin tərəfdarı kimi təqdim olunub. Özləri isə deyir ki, nə bu təşkilatın üzvüdürlər, nə də Taleh Bağırzadə ilə əlaqələri olub. 

17 yaşından namaz qıldığını deyən Mübariz İbrahimovun sözlərinə görə, onu 2015-ci il noyabrın 30-da Gəncədə yanacaqdoldurma məntəqəsində tutublar: “Qəfildən hücum edib, sürücü tərəfdən qapını açdılar, amma o biri qapıdan çıxarıb apardılar. Elə bil Ben Ladeni aparırdılar. Döyə-döyə, təhqir edə-edə sürüyürdülər, qoluma qandal vurdular”.

Mübariz İbrahimov deyir ki, onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirərək, orada ona işgəncə veriblər: “Biri döyə-döyə deyirdi ki, “boynuna al”. Heç bilmirdim ki, nəyi boynuma almalıyam. Ardınca məni polis rəisi Rasim Qurbanovun otağına apardılar, dedi ki, narkotik və qumbaradan birini seçməliyəm. Elə bil bazarda kartof alırdım. Mən narkotiki də, qumbaranı da həyatımda ilk dəfə orada gördüm. Razılaşmadım. Rəis məni döyür, təhqir edir, ağzının suyunu üzümə tökürdü. Mənə dedilər ki, səni bıabırçı vəziyyətə salıb... - ƏTRAFLI

 

 

13. MART - 19:00 - İslamazeri.az-ın verdiyi xəbərə görə, Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, ilahiyyatçı Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cabir Əliyev və Mübariz İbrahimov ifadə verərək, günahsız olduqlarını deyiblər. 

 APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruzi İsmayılov ifadə verərək, ittihamları qəbul etmədiyini deyib.

R. İsmayılov ifadə verərkən, məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin yaxınları səs-küy salaraq, etiraz edib. Buna görə hakim onları zaldan çıxarıb.

 Proses martın 27-də davam etdiriləcək.

 Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

 Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
 Onu da qeyd edək ki, Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. 


Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin məhkəməsi keçirilib - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Respublikası ordunu tam döyüş hazırlığına gətirdi: Düşməndən qorxmuruq!
    Pakistan İslam Respublikasının HHQ tam döyüş hazırlığına gətirilib.
     25.05.2017
    DİN: Naftalanda 6 tüfəng, 2 qumbara aşkar edilib
    "Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib."
     25.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ