EURO 1,9326 NEFT 60,52
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.10.2018 15:46:21

“Bunu məndən niyə soruşursuz?"

"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.

Bu sözləri "Azxeber.com"-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: "Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?"

"Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: "İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.

Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.


Ziya Məmmədov uzun müddətdən sonra ilk dəfə açıqlama verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlhamə Quliyevanın oğlu haqqında qərar verildi
    Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     11.12.2018
    Əli Əhmədov Ermənistandakı seçkiyə münasibət bildirib
    “Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər”.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ