EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.11.2017 10:01:13

Ölkənin hərbi komandanlığı şəhərə qoşun yeridib, lakin hərbi çevriliş məqsədinin olmadığını bildirir.

Ötən gecədən başlayaraq Zimbabve paytaxtında zirehli hərbi texnika küçələrə çıxıb. Prezident iqamətgahının ətrafında ardıcıl silahlı atışma səsləri eşidilib.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, Prezident Robert Muqabeyə qarşı hərbi çevriliş olması ilə bağlı fikirlər səsləndirilsə də, ordu komandanlığı bu şübhələri rədd edib.

Qeyd edək ki, 93 yaşlı prezidentlə ölkə Silahlı Qüvvələrinin rəhbərliyi arasında günlərdir gərginlik hökm sürür. Dünənki çıxışında Muqabe ordu komandanlığını xəyanətkar addımlar atmaqda suçlayıb. Paytaxtda hərbi vəziyyət Robert Muqabenin hakimiyyətinə qarşı ciddi təhlükə hesab olunur. Lakin ordunun Baş Qərargah rəisi general Konstantino Çivenqa televiziya ilə çıxışında heç bir hərbi çevriliş niyyətinin olmadığını və Prezidentin həyat və təhlükəsizliyinin təmin edildiyini vurğulayıb.

"Biz xalqımızı əmin edirik ki, zati aliləri Prezident və onun ailəsi təhlükəsiz şəraitdədir. Biz yalnız Prezidentin ətrafında olan cinayətkarları zərərsizləşdirmək istəyirik. Missiyamızı tamamladıqdan sonra paytaxtda hər şey normal axarına qayıdacaq", - deyə Baş Qərargah rəisi televiziya ilə müraciətində bildirib.


Zimbabve paytaxtında hərbi vəziyyət: Prezident sarayı ətrafında atışma gedir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ