1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:20.06.2019 12:09:22

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir iyunun 18-də paytaxtın Suraxanı rayonu ərazisində keçirilib. Reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

 Bu istiqamətdə tədbirlər davam etdirilir.

Zığın bələdiyyə sədri barəsində protokol tərtib edildi - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı
    Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb
     12.12.2019
    Çavuşoğludan sanksiya cavabı: İncirlik və Kürəcik...
    ABŞ-ın Türkiyə ilə bağlı sanksiya açıqlamasına Türkiyədən sərt cavab gəlib
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ