EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.04.2019 15:52:43

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya səfərindən sonra Türkiyəyə gəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya səfərindən sonra Türkiyəyə gəlib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  və Türkiyənin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransı keçirilib. Media təmsilçilərinin bəzi sualları cavablandırılıb.

ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı suala Türkiyə XİN başçısı Çavuşoğlu "ABŞ-a bu embarqoların yalnış olduğunu anlatmağa davam edəcəyik.", -deyə bildirib. Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayrak, Ticarət naziri Ruhsar Peksan və Müdafiə naziri Hulusi Akarın ABŞ-a səfər etdiyini xatırladaraq sözlərinə belə davam edib: "Nazirlərimiz, embarqolar mövzusunu bütün tərəf müzakirəçilərilə açıq və qəti şəkildə açıqladılar. Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayrak ABŞ prezidenti Donald Trampla görüşdü, bu görüşlərdə dostlarımız, bu mövzudakı narahatlıqlarımızı və düşüncələrimizi açıq şəkildə ABŞ rəsmilərinə bildirdilər. Burada əsas məsələ bizim öz aramızda qərarlığımız və bir-birimizə dəstəyimizdir."

Çavuşoğlu İranın İnqilab Keçikçiləri Korpusu - SEPAH-ın terror siyahısı alınmasına da münasibət bildirib. O "İnqilab Keçikçiləri Korpusunun terror siyahısına alınması təhlükəli və yalnış qərardır. Dövlətlərlə siyasi gərginlik zamanı, digər dövlətin rəsmi qurumlarını terror siyahısına salınması səhvdir və bu cür qərarları yalnış dəyərləndiririk. Ümid edirik ABŞ, bu məsələni yenidən nəzərdən keçirərək sanksiyaları ləğv edəcək", -deyə qeyd edib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Suriya prezidenti Bəşər Əsəd ilə görüşdən sonra Türkiyəyə mesaj gətirib, gətirməməsi"lə bağlı suala "Mən Suriyada Bəşər Əsəd ilə çox uzun bir görüş keçirdim. Bu görüşün bir hesabatını hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcəyəm.", -deyə bildirib.

İran olaraq bölgə ölkələrinin bir-birilərilə yaxşı əlaqələr içində olmasını istədiklərini bildirən Zərif, ölkələrin daxili işlərinə və ya beynəlxalq əlaqələrinə müdaxilə etmədiklərini, sadəcə gözlənti və istəklərini təqdim etdiyini önə çəkib.

Türkiyə ilə sıx əlaqələrindən də danışan Zərif bildirib: "Bizim üçün Türk xalqının hüzuru və təhlükəsizlii çox önəmlidir. Bu mövzuda çox ciddi iş birliyimiz var."

Qeyd edək ki, Suriya səfəri zamanı İran XİN başçısı Məhəmməd Cavad Zərif və Suriya prezidenti Bəşər Əsədin danışıqlarının əsas mövzusu ikitərəfli münasibətlər, regionun əsas problemləri, “Astana prosesinin” gedişatı və İranın vitse-prezidenti İshaq Cahangirinin Suriya səfəri zamanı əldə edilmiş sazişlərin həyata keçirilməsi olub.


Zərif Suriyadan Türkiyəyə gəldi: Ərdoğana təqdim edəcəyim sənədlər var...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ