1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.05.2019 00:23:01

ABŞ-la münasibətlərin gərginliyinin artması fonunda İranın Xarici İşlər naziri bildirib ki, bölgədə müharibənin başlayacağını düşünmür.

ABŞ-la münasibətlərin gərginliyinin artması fonunda İranın Xarici İşlər naziri bildirib ki, bölgədə müharibənin başlayacağını düşünmür.

Məhəmməd Cavad Zərif İranın IRNA dövlət xəbər agentliyinə deyib ki, Tehran müharibə istəmir və "İranla toqquşmağı düşünən ölkə" yoxdur.

Şənbə günü Çinə səfərinin sonunda Irna agentliyinə danışan Məhəmməd Cavad Zərif bildirib ki, prezident Trump müharibə etmək istəmir, lakin onun çevrəsindəki bəzi adamlar "ona təzyiq göstərirlər ki, o, müharibə etsin".

İki ölkə arasında gərginlik ötən ildən, prezident Trump 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq müqavilədən ABŞ-ın çıxdığını elan edəndən sonra artmağa başlayıb.

Həmin müqavilənin məqsədi İranın nüvə proqramının dayandırılması müqabilində ona qarşı sanksiyaları ləğv etmək olub.

Trump həmin sövdələşməni "qüsurlu" adlandıraraq İrana qarşı ABŞ sanksiyalarını bərpa edib.

ABŞ-ın addımına cavab olaraq, İran bu ayın əvvəlində qeyd olunan müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsini bərpa edəcəyi barədə xəbərdarlıq edib. 

Bu arada isə ABŞ "İran təhlükəsini" əsas tutaraq hərbi gəmi və təyyarələrini İran körfəzində yerləşdirib və İranın ABŞ qüvvələrinə yaratdığı "potensial riski" dilə gətirərək, İraqdan diplomatik personalının bir hissəsini çıxarıb.

ABŞ müstəntiqləri İranı və ya onun dəstəklədiyi qrupları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahilyanı zonasında dörd neft tankerinə partlayıcı maddələrdən istifadə edərək zərər vurmaqda ittiham ediblər. Tehran bu ittihamları rədd edib.

Hər iki tərəfdən liderlər müharibə istəmədiklərini desələr də, İran körfəzində vəziyyət gərgin olaraq qalır.

Şənbə günü ABŞ-ın BƏƏ və Küveytdəki diplomatları ABŞ Aviasiya Administrasiyasına istinadən bildiriblər ki, bölgədə yerinə yetirilən kommersiya məqsədli uçuşlar "identifikasiyası səhv salınmaq" təhükəsilə qarşılaşa bilər.

Dəniz nəqliyyatı istifadəçilərinə xidmət göstərən Lloyds of London sığrta bazarı da cümə günü İran körfəzi ətrafında "yüksək risk zonası" sayılan sahənin coğrafiyasını genişləndirdiyini bildirib.(bbc)


Zərif: “Müharibə olmayacaq”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ