1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.02.2020 12:08:36

Nigeriya İslami Hərəkatın lideri Şeyx Zəkzakinin qızı, Süheyla Zəkzaki İslam İnqilabının qələbəsilə bağlı tədbirdə yeni açıqlamalar verib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, 10 fevralda keçirilən İslam İnqilabının qələbəsilə bağlı tədbirə qatılan Nigeriya İslami Hərəkatın lideri Şeyx Zəkzakinin qızı, Süheyla Zəkzaki yeni açıqlamalar verib.

O çıxışı zamanı “2015-ci ildə Nigeriyalı şiələrin öldürülməsi zamanı atam Şeyx İbrahim Zəkzaki yaralandı və həbs edildiyi gündən bu günə qədər səhhətilə bağlı həkim müdaxiləsinə icazə verilmədi. Hazırda səhhətində ciddi problem var.”, -deyib.

Süheyla Zəkzaki sözlərinin davamında hökümətin həkimlərin atasının yanına getməsinə maneə olduğunu qeyd edərək “Nigeriya prokurorluğu və məhkəmə Şeyx Zəkzakiyə bəraət verdi və onun azad olunmasına qərar versə də, bu qərardan 3 il keçməsinə baxmayaraq Nigeriya höküməti bu qərarın reallaşmasına maneə törədir.”, - deyə əlavə edib.

Zəkzakinin qızı sonra deyib: “Atam əleyhinə ittihamlar səbəbilə Kaduna höküməti onun azad edilməsini yubadır. BMT və beynəlxalq təşkilatlar tərəfindən bəzi addımlar atıldı, lakin hələ də səssizlik hökm sürür və xüsusi bir iş görülməyib. Atamın və digər şiələrin hökümət tərəfindən təzyiqə məruz qalmasının səbəbləri arasında İmam Xomeyninin inqilabçı fikirlərinin atamın fikirləri üzərində təsiri olmasıydı. Buna görə vəhabilərin təsirilə hökümət şiələrin fəaliyyətini qadağan edir.”

Süheyla Zəkzaki atasının 5 il öncə baş vermiş qətliamda övladlarının şəhid edilməsilə qürur duyduğunu və bunu Allah tərəfindən bir imtahan kimi qəbul etdiyini bildirib.

Daha sonra Nigeriya İslami Hərəkatının Liderinin qızı deyib: “Düşmənlərin ailəm və şiələrə qarşı təzyiqlərinə baxmayaraq, Şiələr yollarına davam edir və heç bir şeydən qorxmurlar. Biz Müsəlmanıq və digər müsəlmanlar kimi inanclarımızı ifadə etməkdə azad olmalıyıq. Biz İslamdan başqa bir şey deyilik. Allah və İslam üçün qiyam edirik. Nigeriya hökümətinin şiələrə qarşı təzyiqlərini azaltması üçün addımlar atılmalıdır.”


Zəkzakinin qızı: Vəhabilərin təsirilə hökümət şiələrin fəaliyyətini qadağan edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ