EURO 1,9848 NEFT 78,38
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.02.2018 12:45:26

Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 67 yaşlı Sədi Abdullayev 10 ildir ki, özünə maraqlı bir məşğuliyyət sahəsi tapıb

Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 67 yaşlı Sədi Abdullayev 10 ildir ki, özünə maraqlı bir məşğuliyyət sahəsi tapıb. Sədi kişi qarğıdalı yetişdikdən sonra bitkinin üst qabığını yığır və ondan müxtəlif suvenirlər, məişət əşyaları hazırlayır. Ən maraqlısı isə odur ki, sənətkar bütün bu işləri yalnız bir ədəd qadın sancağından istifadə etməklə görür.

İslamazeri.com xəbər verir ki, AzərTac-ın bölgə müxbiri sənətkarla görüşüb, onun əl işləri ilə tanış olub.

Həmsöhbətimiz gənc yaşlarından bu sənətə maraq göstərsə də, yalnız 10 il əvvəl xoş təsadüf nəticəsində qarğıdalı qabığı ilə toxumağın sirlərini öyrənə bilib. Yaxın qohumlarında iməcilikdə olarkən belə bir sənət növü barədə söhbət açıb. Evin yaşlı qadını gənc yaşlarında özünün də belə bir sənətlə məşğul olduğunu bildirib və qohumuna qarğıdalı qabığı ilə toxumağın ilkin vərdişlərini, incəliklərini öyrədib.

Qəsəbədə yaşayan azsaylı xalqlardan olan ingiloyların nümayəndəsi Sədi kişi elə həmin vaxtdan bu işlə məşğuldur və sevimli məşğuliyyətindən heç zaman bezmir, yorulmur.

Onun toxuduğu müxtəlif ölçülü səbətlər, güldan, çörək qabı, papaq, ayaqqabı, jilet və digər növ suvenirlər, həmçinin məişət əşyaları hamının marağına səbəb olur. Usta deyir ki, toxuduğu əşyaları satmaq üçün bazara çıxarmağa da ehtiyac qalmır, elə evindən alıb aparırlar. Əşyaların qiymətləri də münasibdir. İşin həcmindən asılı olaraq 10-30 manat arasında dəyişir.

Sədi ustanın sözlərinə görə, çox vaxt aparan, əziyyətli bir sənət olduğu üçün övladları bu peşəyə o qədər də həvəs göstərmir. Ancaq bu qədim el sənətini yaşatmaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Ona görə də, maraqlanan olsa, böyük həvəslə bu işi onlara öyrədər.

Ailəsinin əsas dolanışığı təsərrüfatdan çıxan Sədi Abdullayevin pay torpağında 50 ədəd fındıq kolu var, eyni zamanda, əkinçiliklə də məşğul olur. Ötən il fındıq bağından 400 kiloqramdan çox məhsul toplayıb. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan qəsəbə sakini pay torpağında əlavə olaraq 200 ədəd fındıq tingi də əkib.


Zaqatalalı sənətkar qarğıdalı qabığından sənət nümunələri hazırlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Çin ABŞ-la müzakirə etməyəcək
    Bu hal Çin rəhbərliyinin Amerikanın müzakirə çağırışına rədd cavabı verməsinə səbəb olduğu görünür.
     19.09.2018
    Sony “PlayStation 1”-in yeni versiyasını təqdim etdi - FOTO
    PlayStation 1 yeni formatda yenidən istehsal ediləcək.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ