1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.12.2019 17:46:29

Ötən ilin iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.

Ötən ilin iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.

Bununla bağlı dekabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda olay xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində icra hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı kimi təqdim edilir.

Cinayət işində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, ölkədən kənarda silahlı birləşmələrdə təlim keçilməsi, odlu silahların saxlanması, polis əməkdaşlarının qəsdən öldürülməsinə cəhd və başqa əməllərə aid iddialar yer alır.

Mətbuat xidməti qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

«â€¦Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixində baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir», - məlumatda yazılıb.

RÓ™smi mÓ™lumata görÓ™, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.

İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları baş verənləri radikal dini yönümlü şəxslərin törətiyi terror aktı olduğunu bildiriblər.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nÓ™fÓ™r öldürülüb. Bu vaxta qədər onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb. (amerikaninsesi)


Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ