XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.03.2018 16:39:53

YUNİCEF Ərəbistanın Yəmənə olan hücumlarına görə, 2 milyon yəmənli uşağın təhsildən məhrum olduğunu bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verirki, YUNİCEF Ərəbistanın Yəmənə olan hücumlarına görə, 2 milyon yəmənli uşağın təhsildən məhrum olduğunu bildirib.

Məlumata görə, BMT-nin Uşaq Fondu olan - YUNİCEF həmçinin, ötən 3 ildə Ərəbistanın Yəmənə olan hücumları nəticəsində 5 mindən çox uşağın həyatını itirdiyini də qeyd edib. 

YUNİCEF Ərəbistanın hərbi təcavüzləri nəticəsində infrastrukturların dağılması və içməli su şəbəkəsinin sıradan çıxmasını da nigaranlıq doğuran ciddi məsələlərdən adlandırıb: "Bir milyondan çox yəmənli uşağın vəba xəstəliyinə yoluxduğu güman edilir." 

Hesabata görə, Yəməndə təqribən 11 milyon uşaq var və onların hamısı təcili humanitar yardıma ehtiyaclıdır. 

Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hərbi müdaxiləsi indiyə kimi on minlərlə insanın ölməsinə, milyonlarla insanın didərgin düşməsinə, ölkənin bütün infrastrukturlarının dağıdılmasına səbəb olub. Mühasirədə saxlanılan ölkə ərzaq qıtlığı və səhiyyə imkanlarının olmamasından da əziyyət çəkir. Vəba və difteriya kimi yolxucu xəstəliklər isə sürətlə yayılır. 


YUNİCEF-dən həyəcan siqnalı: Səudiyyənin Yəmənə hücumları 11 milyon uşağa təsir edib - FOTO (18+)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ramiz Əzizbəyli bayram günü kövrəldi: “O günü gözləyirəm”
    Uzun müddətdir ki ağır xəstəliklə mübarizə aparan tanınmış aktyor Ramiz Əzizbəyli sağalacağı günü ümidlə gözləyir
     24.03.2019
    Azərbaycan yığması Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə şansını itirib
    19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirib.
     24.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ