EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:14.10.2017 17:05:49

Fələstinin YUNESKO-ya üzv olmasına etiraz edən ABŞ mədəniyyət agentliyinə ən son ödəməni 2011-ci ildə edib.

Amerika Birləşmiş Ştatları (ABŞ) İsrail əleyhdarı olduğunu iddia etdiyi BMT-nin mədəniyyət agentliyi YUNESKO-dan çıxma qərarı qəbul edib. Çıxmaya əsas olaraq eyni zamanda digər ölkələrin YUNESKO-ya olan ödənməmiş borcları göstərilib. Ancaq YUNESKO-nun məlumatlarına görə, mədəniyyət agentliyinə ən çox borcu olan ölkə ABŞ-dır.

İslamazeri.com xəbər verir ki, YUNESKO-ya ən çox borcu olan ölkələrdən biri də İsraildir. Rəsmi məlumatlara görə ABŞ 542 milyon dollar borcla birinci, İsrail isə 8,5 milyon dollar borcla beşinci yerdədir.

Fələstinin YUNESKO-ya üzv olmasına etiraz edən ABŞ mədəniyyət agentliyinə ən son ödəməni 2011-ci ildə edib.

Ən çox borcu olan ilk 5 ölkə arasında dünyanın ən inkişaf etmiş ölkələrinin olması diqqət çəkib. Borc sıralamasında ikinci yerdə Yaponiya, üçüncü sırada Braziliya, dördüncü sırada isə Böyük Britaniya var.

ABŞ daha əvvəl də YUNESKO-dan çıxmış, illər sonra Buş dövründə yenidən üzv olmağa qərar vermişdi.


YUNESKO-ya ən çox borcu olan ölkə: ABŞ - (Siyahı)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ