1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:28.05.2018 05:11:44

"Yol polislərimiz çəkilişin qadağan edilməsi haqqında "öz" qanunlarını uydursalar da, onlar işləməyəcək, belə ki, Konstitusiyaya ziddir, ekspert belə hesab edir."

Bakı Şəhər Baş Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov avtomobilin ön şüşəsinə videoqeydçilər yerləşdirən və ya sonradan məhkəmədə görüntülərdən istifadə etmək üçün yol polisi inspektoru ilə danışıqları videokameraya çəkən sürücüləri təəccübləndirib və təşvişə salıb. Azərbaycanda videoqeydçilər çoxdur, hər bir sürücünün videokamerası olan telefonu var və buna görə, aydındır ki, sübut videogörüntülərinin irəli sürülməsi yol polisi üçün baş ağrısına çevrilib. Nəticədə onlar qərara gəliblər ki, polis zabiti videogörüntünün qəhrəmanı olmaq istəmirsə, sürücü kameranı bağlamalıdır.

Bu zaman Əsədov etiraf etməlidir ki, videoçəkilişin qadağan edilməsi qanunla tənzimlənmir, yəni "qadağan deyilsə, deməli icazə var". Amma yol polisi bu düstura da səmərəli cavab tapıb: sürücü çəkilişi dayandırmaq əmrinə tabe olmursa, hakimiyyət nümayəndələrinə tabe olmamaq inzibati məsuliyyət üçün əsas olur.

Əsədov hesab edir ki, sürücünün polisin çəkilişi dayandırmaq tələbinə əməl etməkdən imtina etməsi AR İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmam) tövsif edilə bilər. Bu maddənin pozuntusuna görə fiziki şəxslərə qarşı 200 manat ölçüsündə cərimə şəklində inzibati cəza nəzərdə tutulub, yaxud 1 ay müddətinə inzibati həbs tətbiq edilə bilər. Əsədov mühüm bir əlavə edərək, polis əməkdaşlarının qanunsuz tələblərinin də inzibati hüquqpozma olduğunu deyib. Belə hallarda vətəndaşın şikayəti əsasında araşdırma aparılır. Polisin təqsirli olduğu aşkar edilərsə, o, cəzalandırılacaq.

Mürəkkəb və yeni vəziyyəti "Sipər Sürücülərin təhsilinə yardım" ictimai təşkilatının rəhbəri Fazil Məmmədov şərh edib.

Vaqif Əsədov - polis polkovniki və ictimaiyyətlə iş şöbəsinin müdiri - vətəndaşlar və yol polisi işçiləri arasında "körpü" olmaq yerinə, "öz" oyununu oynayır, burada məmurun şərəfi yollarımızda təhlükəsizlikdən daha yüksəkdə durur, deyə F.Məmmədov bildirib.

"Vaqif Əsədovun iddiası o qədər boşdur ki, rəsmi şəxs olmasaydı, onun qanunlar və yol polisi işçilərinin işi haqqında anlayışı belə olmadığını deyərdim. Buna görə, ehtimal etmək olar ki, ona insanları yanıltmaq əmri verilib, o da mövcud formalı insanların öz xidməti vəzifələrini yerinə yetirərkən yol verdikləri qanunsuz əməlləri, bəzi hallarda isə hətta cinayətləri gizlətmək üçün olmayan qanunlar uydurur, maddələrin adlarında sözləri dəyişdirir, anlayışları təhrif edir.

F.Məmmədov Konstitusiyaya diqqət çəkib, bu sənədin 32-ci maddəsi vətəndaşın şəxsi toxunulmazlıq hüququndan bəhs edir. III bənd: Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Amma dövlət qulluqçuları, DİN, prokurorluq işçiləri, istənilən şəxslər xidməti vəzifələrini yerinə yetirərkən hüquqi, vəzifəli və ya xidməti şəxs olurlar və Konstitusiyanın bu maddəsi onlara şamil edilmir. Axı Əsas qanunda açıq-aşkar məmurların xidməti hərəkətlərinin deyil, vətəndaşların şəxsi həyatının qeydə alınmasından söhbət gedir.

Odur ki, yol polislərimiz çəkilişin qadağan edilməsi haqqında "öz" qanunlarını uydursalar da, onlar işləməyəcək, belə ki, Konstitusiyaya ziddir, ekspert belə hesab edir.

Əsədovun hakimiyyət nümayəndəsinə tabe olmama və buna görə cərimə və ya bir aylıq həbs cəzası tədbirləri haqqında sözləri ilə bağlı qanunda belə deyilir:

İXM-nin 535-ci maddəsi: "Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadəkmüddətə inzibati həbs tətbiq olunur".

Gördüyümüz kimi, Əsədov "qanuni" sözünün izahından uzaqlaşıb, Konstitusiyadakı bu mühüm ifadəni yaddan çıxarıb, amma, axı polisin tələbi qanunsuzdursa, cəsarətlə tabe olmaya bilərsiniz. Polisin əməllərinin çəkilişi vətəndaşların hüquqlarının müdafiəsinin qanuni təzahürüdür, deməli, çəkilişin dayandırılması əmri qanuna ziddir və yerinə yetirilməyə bilər.

Əməllərinizin doğruluğunu sübut etmək üçün, sonradan polisin cinaətkar əməllərinin dəlili olması üçün bütün baş verənləri videoya çəkin. Mətbuatda çıxış edən rəsmi şəxslərə belə həmişə inanmayın. Sizin hüquqi savadınız və videofaktlar yeganə xilasedici halqa, bəzi hallarda isə ədalət "qılıncı" olaraq qalır, deyə F.Məmmədov qeyd edib. (Turan)


Yol polisi onun hərəkətlərini videoya çəkən sürücüləri hədələyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ