EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.03.2017 09:49:03

Dünən Azərbaycan milli komandası Qətər yığması ilə yoldaşlıq oyunu keçirib.

İslamazeri.az xəbər verir ki, qarşılaşma  Qətərin Doha şəhərindəki "Sadd" stadionunda baş tutub. Səfərdə oyuna çıxan millimiz rəqibini məğlub edə bilib.

Komandamızın qollarını Tərlan Quliyev və Araz Abdullayev vurub.

Oyundan sonra mətbuata açıqlama verən yığmamızın baş məşqçisi Robert Prosineçki deyib ki, komanda qələbə qazansa da, komandada problemlər var və üzərində işlənilməlidir.

Qeyd edək ki, qarşılaşmadan heç bir görüntü istər televiziya kanallarında, istərsə də elektron mediada yer almayıb. Bu səbəbdən idman mediasının bəzi nümayəndələri sosial şəbəkə hesablarında buna etiraz ediblər. Hətta aralarında matçın nəticəsinə, həmçinin baş tutmasına şübhə edənlər də var. İddia edilir ki, qarşılaşmanın keçirildiyi stadiona azarkeşlərimiz də buraxılmayıb.

Xatıraladaq ki, həbsdən çıxan Cavid Hüseynov yığma komandamızın heyətində yer almışdı. O, oyunun 83-cü dəqiqəsində ehtiyat skamyasında əyləşən Elvin Məmmədovla əvəzlənib.

Diqqətinizə çatdıraq ki, AFFA-nın rəsmi saytında oyundan öncə qarşılaşmanın yayımlanmayacağı barədə məlumat verilmişdi.

Bu, onunla izah edildi ki, Qətər Futbol Assosiasiyasının istəyinə əsasən çəkiliş aparılmayıb.

Rəsmi saytda o da qeyd edilib ki, yoldaşlıq oyununda iştirak üçün millimizin bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.

Qətər - Azərbaycan 1:2

Tərlan Quliyev (52 dəq.), Rodriqo Tamata (55 dəq.), Araz Abdullayev  (62 dəq.)


Yığmamız Qətərə səfərdə qalib gəldi, lakin heç bir görüntü yoxdur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ