EURO 2,0003 NEFT 51,8
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:07.02.2017 12:09:57

Bu barədə ilahiyyatçı Samir Əzizov təklif irəli sürüb

Xəbər verdiyimiz kimi bu gün Şəhid Mübariz İbrahimovun doğum günüdür.

İlahiyyatçı Hacı Samir Əzizov İslamazeri.az-a deyib: "Şəhidimiz barədə uzun-uzadı danışmaq istəmirəm, kifayət qədər cəmiyyət bu şəxsi tanıyır. Şəhidimizin tanıtdırılmasında öncül olanları, bu işi daimi şəkildə cəmiyyətin zehnində saxlayanlar dövlətçiliyimiz üçün mühüm bir addım atmış olurlar. Aprel döyüşlərində də Şəhid Mübarizin rolu əvəzsizdir, xalq olaraq MÜBARİZLƏŞDİK, deyərdim. Təklif olaraq çıxış edib demək istəyirəm ki, Şəhid Mübarizin doğum gününün əlamətdar gün kimi tarixin yaddaşına köçməsi zənnimcə, çox mühüm bir məsələdir. Sosial şəbəkədə bunu sosial sorğu olaraq müzakirəyə çıxardım, bir çox versiyada cavablar gəldi. Onları bura qeyd etmək istəyirəm:

1) Samir Əzizov- Şəhidlik-Mübarizlik günü;

2) Famil Burhanoğlu- Müqəddəs Məktub günü - Məncə, "Müqəddəs məktub günü" olsa daha yaxşı olar. Deyəsən dünyada belə bir gün yoxdur. Ancaq "Məktub günü" fonunda şəhidlik, mübarizlik, igidlik, vətən sevgisi kimi prinsiplər təbliğ edilsin. Hamı bir-birinə bu mövzuda məktublar yazsın və sair. Təklif gözəl təklifdir, ad məsələsi üzərində işləmək lazımdır.

3) Rəşad Ataşov - Məncə, adını vətəpərvərlik günü qoysaq daha uyğun olar. Mən təqdir edirəm.

4) Ceyhun Həziyev - Məncə, şəhidlik günü kimi qeyd olunsa, bu ümumi bir ad olacaq, digər günlərdə də şəhidlərin doğum günləri var, vətənpərvərlik günü kimi də yenə ümumi fikir daşıdığı üçün digərlərinə də aidiyyatı var. Amma "Mubarizlik Günü" kimi qeyd olunsa məncə, bu ad hər iki mənanı daşıyacaq və birbaşa Mübarizi xatırladacaq. Bunu ictimaiyyət qarşısına çıxarmaq istəyimiz budur ki, istənilən ad kimi qəbul edilirsə edilsin, amma bu gün xalqımızın xidmətində olsun.


Yeni təklif: Şəhid Mübarizin ad günü "Mübarizlik" günü kimi qeyd edilsin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə
    “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
     23.08.2017
    Səəd Həriri
    Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ