EURO 2,0032 NEFT 63,37
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.01.2017 14:03:41

"Haqqınızı halal edin!"

İslamazeri.az xəbər verirki, "Yeni Şafak" Türk hökümətinə bağlı qəzetin yazarı Kamal Öztürk 4 yanvarda yazdığı yazısına edilən etirazlardan sonra üzr istəməli olub.

Yazar dünən günün ikinci yarısı üzr istəyib: "4 yanvarda yazdığım yazıda, terrora qarşı şok edici davranışlar sərgiləməmiz lazımdır demişdim. Örnək olaraq, İğdırlı şiələrin İran konsulluğuna tepki verməsini yazmışdım. Bu yalnış anlaşılmaya səbəb oldu. Sanki Türkiyədə yaşayan şiələri də xaricilər kateqoriyasında göstərmiş kimi olub. Amma belə anlaşılıbsa xəta mənimdir. Mənim yazılarımı oxuyanlar, vətənsevər heç kimsəyi ayırmadığımı,onlara qarşı ayrıseçkilik etmədiyimi bilir. Başda İğdır millət vəkili Nürəddin Aras kimi (AKP-li deputat), nəzakətlə tepkilərini dilə gətirən Cəfəri qardaşlarım üçün bu düzəliş və üzrü yayımlayıram. Haqqınızı halal edin!"

Yazar nə yazmışdı?

Kamaz Öztürk terrorla mübarizə mövzusunda yazdığı yazıda İğdır azərbaycanlılarını, şiələri Türkiyə vətəndaşları  olduqları halda "xaricilər" kimi qələmə verərək "Türkiyədə yaşayan xaricilər: İğdırda yaşayan cəfərilər  İran konsulluğuna, Fethiyədə yaşayan almanlar Almaniya konsulluğuna, Kaşta yaşayan ingilislər İngilis səfirliyinə, İstanbul və Ankarada olan amerikalılar ABŞ səfirliyinə cəm halda getsələr..."

Bundan sonra "Yeni Şafak" qəzetinin mail ünvanına çox sayda etiraz məktubu yazılmış, sosial şəbəkələrdə haqlı etirazlar edilmiştir.

İlahiyyatçı alimlər də bu məsələni gündəmdə saxlayaraq cümə xütbələrində iradlarını dilə gətirmişlər.

Türkiyə şiələrinin nüfuzlu liderlərindən olan Səlahəddin Özgündüz sonuncu (6 yanvar) cümə xütbəsində milli və məzhəb ayrıseçkilərinə sərt mesajlar vermişdir. 

"Biz hər zaman birlikdə yaşadıq. Bu ölkədə məzhəbçilik və irqçilik edənlər, itnə və təriqə çıxaranlar, bilsinlərki ölkəmizə, bölgəmizə və bütün müsəlmanlara xəyanət edirlər. Məzhəbçilik və irqçilik edənlərdən biri, həbs olunub cəzalandırılsa buna kimsə bir daha cəsarət etməz. Şiələri hədəfə alanlara gəlincə, Şiəlik Türk millətinin xarakteridir. Bu millətin xarakteri Heydəridir (red: İmam Əlinin ləqəbi) Əməvi çaqqallığı, tülkülüyü bu millətin xarakterilə uyğun deyil.", -deyə Səlahəddin Özgündüz dünən xütbəsində deyib.

Türkiyə şiələrinin tanınmış saytı olan "Rasthaber" də, yazarı tənqid etmişdi. Yazının bir hissəsində deyilirdi: "İğdırda yaşayan şiələrin Türk vətəndaşı olmasını belə həzm edə bilməyən bu yazarın yazısının dəyəri varmı? Yəni bu ölkənin övladı, vətəndaşı olan şiələri, bu ölkəyə aid saymayan, bu ölkənin bir parçası olan şiələrin, ölkənin bir parçası olmasını həzm etməyən birisi, hansı üzlə "birlik bərabərlik"dən dəm vura bilər? İğdırda yaşayan Cəfərilər (şiələr) İran konsulluğuna gedib hökümətlərini terrorla mübarizəyə çağırsınlar " deyərkən ayrıseçkilik yaratmırmı? Bu nə kindir dostum, anlayan varsa bizə də anlatsın."

Türk yazar Söner Yalçın isə AKP-yə bağlı medialarda yenə də gizli FETO-çuların olduğunu bildirir.

 

O yazılarından birində "Hər gün "şiələr"lə başlayan "Qatil İran, Qatil Hizbullah, Qatil Haşdi Şabi" ilə davam edən yazı, manşet və xəbərlərə rastladığımız bu nifrət dili. Allah qorusun bir İran-Türkiyə müharibəsi çıxarmaq üçün səy edən bu qaraguruhçuların kimliyidir. "Bu müharibəni ən çox kim istər?" deyə soruşulduğunda cavab açıqca önə gəlməzmi?"

 

Üzr istəyən Kamal Öztürkün yazısından bir hissə:


"Yeni Şafak"ın azərbaycanlıları təhqir edən yazarı üzr istəməli oldu - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib
    “Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”
     15.12.2017
    Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ