1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:07.06.2017 16:30:38

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik əlaqələri kəsdiyi Qətər əhalisi və ərazisinə görə digər Körfəz ölkələri ilə müqayisədə çox nüfuzludur.

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatik əlaqələri kəsdiyi Qətər əhalisi və ərazisinə görə digər Körfəz ölkələri ilə müqayisədə çox nüfuzludur.

Qətərin dünya iqtisadiyyatındakı yerinə nəzər salaq:

Ölkə iqtisadi baxımdan “Qatar Airways” və beynəlxalq xəbər kanalı olan "Al Jazeera" ilə yanaşı, futbol üzrə 2022-ci il Dünya Çempionatının ev sahibi olması, dünyanın ən məşhur futbol komandalarından olan "Barselona"ya sponsorluq etməsi ilə özünü tanıtdırıb. Rəsmi Doha bir sıra transmilli şirkətləri Qətərə sərmayə yatırmağa razı salıb.

 

Aviasiya

Hazırda Körfəz ölkələri arasında diplomatik böhranla paralel artan iqtisadi böhran əsasən tərəflərin aviasiya sektorunu vurmaqdadır. Beş ərəb ölkəsi başda mülki aviasiya olmaqla bütün sahələrdə Qətərlə əlaqələri kəsib.

BBC-nin Qətər iqtisadiyyatına dair hazırladığı hesabata inansaq, bəzi ərəb ölkələrinin bu gözlənilməz hücumu Qətər iqtisadiyyatına və bu ölkəyə sərmayə qoyan şirkətlərə ciddi təsir edə bilər. Bir sıra sektorlarda özünü büruzə verə biləcək təsirlər arasında isə aşağıdakılar sadalanır:

1.Birləşmiş Ərəb Əmirliklərinin milli aviasiya şirkəti olan "Etihad Airways" Əbu-Dabidən Dohaya reysləri bu səhərdən etibarən dayandırıb. Şirkətin Dohaya sutka ərzində dörd reysi var idi. Digər aviasiya şirkətlərinin də eyni addımları atacağı gözlənilir.

2.Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir də Qətər reyslərini dayandırdıqlarını və hava məkanlarını "Qatar Airways" təyyarələri üçün bağladıqlarını elan ediblər.

3.Doha səması vasitəsilə Asiya və Avropanı bir-birinə bağlamaq iddiası ilə yaradılmış "Qatar Airways" diplomatik əlaqələrin kəsilməsindən ən çox zərər çəkən şirkət ola bilər, belə ki, şirkət Dubay, Əbu-Dabi, ər-Riyad və Qahirə reyslərini dayandırmaq məcburiyyətində qalacaq.

4."Emirates", "Etihad Airways" və "FlyDubai" kimi aviasiya şirkətlərinin Qətər reyslərini dayandırmasından sonra Qətər də cavab olaraq Səudiyyə Ərəbistanı reyslərini təxirə salıb.

"Cornerstone Global" konsaltinq şirkətinin nümayəndəsi Qanem Nuseybe bu reyslərin ləğvinin ciddi vaxt itkisinə səbəb olduğunu bildirib: “Avropa uçuşları indiyə qədər 5-6 saat çəkirdisə, indi marşrut dəyişikliyinə görə bu reyslər 8-9 saat davam edəcək. Buna görə də sərnişinlər başqa şirkətləri seçə bilərlər."

Artıq "Qatar Airways" alternativ olaraq İran və Türkiyənin hava məkanından istifadə etməyə başlayıb. Bu da Qətərə qoyulması istənilən əsas iqtisadi embarqonun çökməsi deməkdir.

Hazırda İran və Türkiyənin hava məkanı genişlənib, bu, həmin ölkələrə də əlavə dividentlər təmin etməkdədir.

 

Ərzaq

Qətərin ərzaq təminatı ilə bağlı da bənzər fikir irəli sürmək mümkündür.

Ərazisi əsasən səhra olan ölkələr iqlim və təbii şəraitin əlverişsizliyinə görə ərzaq təminatında digər ölkələrdən asılı olur. Qətərin quru yolla yeganə çıxışı Səudiyyə Ərəbistanından olduğu üçün ölkənin bu sahədə də ciddi narahatlıqları var. Hər gün yüzlərlə ağırtonnajlı maşın Qətər sərhədini keçir. Qətərin ərzaq təminatının 40%-ni buradan təmin etdiyi güman olunur. Səudiyyə Ərəbistanı Qətərin bu yeganə quru yolunu da bağlayacağını açıqladığı üçün Qətər hava və su yolu ilə ərzaq idxal etmək məcburiyyətində qalacaq.

Bəzi ekspertlərin fikrincə, belə vəziyyət Qətərdə inflyasiyaya gətirib çıxara bilər. Ərzaq bahalaşarsa, xalq kral ailəsinə ölkə rəhbərini və siyasətini dəyişmək üçün təzyiq edə bilər.

Artıq İran Qətərə ərzaq təminatında yardımçı olmağa hazır olduğunu bildirib.

Qətər 100 min ton qənd tələbatını ödəmək üçün yaxın qonşuları olan Səudiyyə Ərəbistanı və BƏƏ-dən asılıdır, lakin hər iki ölkə qənd ixracatını dayandırdığını açıqlayıb. Lakin kənd təsərrüfatı kifayət qədər inkişaf etmiş Türkiyə və İran şirkətləri ölkəni zəruri qənd tələbatı ilə təmin edə bilər.

 

Tikinti

Digər əhəmiyyətli sektor olan inşaat sektoruna gəldikdə isə, burada da Türkiyənin imdada yetişəcəyi şübhəsizdir. Nəticə etibarilə, belə vəziyyət son illər inşaat sektorunda xeyli inkişaf etmiş Türkiyənin işinə yarayır. Amma İrandan fərqli olaraq, bölgədə arzuolunan müstəqil xarici siyasət yeritməyən Türkiyə bunu edəcəkmi? Bu qovğada Türkiyə Səudiyyə Ərəbistanını qarşısına alıb Qətərə iqtisadi dəstək olacaqmı?

Hazırda yaşanan böhranın başlamasından üç gün əvvəl imzalanmış sənəd, Türkiyə ilə ABŞ arasında davam edən YPG-PYD-PKK böhranı, Türkiyənin Osmanlı kökü və Hicaz torpaqlarında bu kökə edilən xəyanətlər, Qətər və Türkiyənin “Müsəlman Qardaşlar" haqqında ortaq baxışları deməyə əsas verir ki, Türkiyə Qətərə dəstək çıxacaq.

Hazırda Qətərdə nəhəng tikinti layihələri həyata keçirilir: yeni aeroportun tikintisi, nəhəng sağlamlıq kompleksinin salınması, metro layihəsi və 2022 Dünya Çempionatı üçün səkkiz yeni stadionun tikilməsi.

Beton və poladın da daxil olduğu bir sıra əsas tikinti materialları ölkəyə su yolu və qurudan Səudiyyə Ərəbistanı vasitəsilə gətirilir. Quru sərhədinin bağlanması ərzaq kimi inşaat materiallarının da qiymətlərinin bahalaşmasına və çatdırılmasında gecikmələrə səbəb ola bilər.

 

Turizm

ABŞ-ın "Baker" institutunun Körfəz bölgəsi üzrə eksperti Kristian Ulriçsen iddia edir ki, hava məkanı və quru sərhədlərinin uzun müddət bağlı qalması dünya çempionatı hazırlıqlarının vaxtında tamamlanmasına mane ola bilər.

Beş ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsindən əlavə, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn vətəndaşlarının Qətərə səfər etmələrinə qadağa qoyulub. Bu ölkələrdə yaşayan qətərlilərin isə öz ölkələrinə qayıtmaları tələb edilir.

Misirin bənzər qadağalar tətbiq etməsi daha ciddi nəticələrə gətirib çıxara bilər. Belə ki, Qətərdə ölkənin mühəndislik, səhiyyə və tikinti sektorlarında işləyən 180 min misirli yaşayır. Bu həcmdə işçi qüvvəsinin birdən-birə itirilməsi Qətərdə işləyən yerli və xarici firmalar, şirkətlər üçün narahatlıqlar yarada bilər.

Bütün bunlara rəğmən Qətərin vəziyyəti heç də çıxılmaz deyil.

 

Enerji

ABŞ-ın Körfəzdə ən böyük hərbi bazası Qətərdədir. Bununla yanaşı, Qətər dünyanın ən böyük maye qaz istehsalçısıdır. O zaman ölkə üçün vəziyyətin dünya mediasında deyildiyi qədər də qorxulu olmadığı ortaya çıxır.

Qətərdə karbohidrogen ehtiyatlarının bolluğu əsas təhlükəsizlik istiqamətləri üzrə ciddi təşvişə əsas verməyə bilər.

 

Maliyyə

Bir sıra mütəxəssislər Qətərin maliyyə rerurslarının karbohidrogen ehtiyatları sayəsində Səudiyyə Ərəbistanından geri qalmadığını bildirirlər. Amma istənilən halda, Qətərdə vəziyyətin qeyri-sabitliyə doğru getməsi və əsasən qonşularla siyasi gərginliklərin artması ölkənin qiymətli kağızlar bazarından da yan keçmir. Böhranın başlaması ilə Qətər şirkətlərinin səhmlərinin dəyəri təbii olaraq dəyər itirməyə başlayıb.

Ərəb ölkələrinin Qətərlə bütün əlaqələri kəsməsindən 1 saat sonra səhmlər 7.6% dəyər itirib: “Vodafon Qətər”in dəyəri artıq 10% düşüb. Ölkənin ən böyük bankı olan “Qatar National Bank” 5.7% enişə məruz qalıb. Ən böyük zərər isə “Qatar Airways Holidays”a dəyəcək, belə ki, hazırda blokada səbəbilə uçuşlar yalnız İran üzərindən həyata keçirilir.

Qeyd edək ki, Qətərə qarşı birləşən Səudiyyə Ərəbistanı və BƏƏ fond birjaları da 0.8% və 0.2% azalmaya məruz qalıb.

Göründüyü kimi, yaranmış böhran iqtisadi zərbələrini yalnız birtərəfli vurmayacaq.

 

Digər qonşular

İyunun 6-da bölgənin digər ən zəngin dövləti olan Oman Sultanlığından Qətərə rəsmi səfər reallaşıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin müşaviri və Məkkə əmiri Xalid ibn Faysan ibn Əbdüləzizin Küveytdə olduğu bir vaxtda Omanın xarici işlər naziri Yusif ibn Ələvi ibn Abdullah Qətərə gedərək, bu ölkədən olan həmkarı Məhəmməd ibn Əbdürrəhman əl-Sani ilə görüşüb, qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək niyyətini bəyan edib.

Ər-Riyad toplantısında qəbul edilən “radikalizmlə mübarizə” planını rədd edən Oman bu gedişi ilə bu böhranda Qətərin yanında olduğunu göstərdi. Omanın bu mövqeyini bir neçə digər Körfəz ölkəsi də izləyir. (SalamNews/Mehdi Fərəc)


Yeni Körfəz böhranı Qətər iqtisadiyyatına necə təsir göstərəcək?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ