EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.04.2017 14:28:25

Yəməndə Səud rejiminə məxsus vertolyot vuruldu.

İslamazeri.com-un AMN-ə istinadən verdiyi xəbərə əsasən, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçiləri, səhvən Yəmənin Mərib şəhəri üzərində uçuş həyata keçirən Səudiyyə Ərəbistanı HHQ məxsus vertolyotu vurublar.

Yerli mənbələrin verdiyi məlumata görə, BƏƏ ordusunun arsenalındakı “Pantsir-S!” sistemi Səudiyyə Ərəbistanına məxsus “Black Hawk” vertolyotuna atəş açıb. Qəza nəticəsində göyərtədə olan bütün hərbçilər həlak olub.

Göyərtədə ümumilikdə 15 hərbçi olub: Onlardan 12 Səud rejimi ordusunun və HHQ-in zabitləri, 3-ü isə texnik olub.

Bu “dost atəşi” insidenti Səudiyyə Ərəbistan və BƏƏ hərbçiləri arasında ilin əvvəlindən yaşanmış ilk haldır.

Bununla belə, hadisənin baş vermə səbəblərinin digər variantları da var. Belə ki, Səud rejimi komandanlığının nümayəndələri qəzanın texniki sınıq nəticəsində baş verdiyini bildiriblər.

Həmçinin ehtimal var ki, vertolyotu elə səhvən “özününkülər” vurublar, lakin BƏƏ hərbçiləri yox, Yəmənin Səud meyilli “İsla” partiyasının döyüşçüləri “Stinger” zenit raket kompleksindən vurublar.


Yəməndə Səud vertolyotu “dost atəşi” ilə vuruldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ