1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:03.08.2019 11:00:36

Rusiyada maraqlı hadisə baş verib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Yekaterinburq şəhərində yaşayan 2 ikinci sinif şagirdi oyuncaqlarla oynamağı çox sevsələr də, valideynləri onların istədiyi hər şeyi almaq gücündə deyil.

Nəticədə də, gənc, amma olduqca da qaba şəhər sakinləri bu problemlərinə özləri həll etmək qərarına gəliblər.

Oyuncaq tapancalarla silahlanmış uşaqlar oyuncaq mağazasına soxularaq, satıcıdan onların göstərəcəyi bütün oyuncaqları paketə qoymağı tələb ediblər.

Yetərincə qanqster filmlərinə baxmış 7 yaşlı soyğunçular özlərini kinolardakı kimi aparıblar.

Oğlanlardan biri satıcıya “nişan” almışdı, digər isə onu məsələni “mehribancasına” həll etməyə razı salmağa çalışırdı.

Lakin satıcı qorxuya yer verməyərək, “caniləri” təkbaşına zərərsizləşdirmək qərarına gəlib.

O, mağazanın qapısını bağlayaraq polis çağırıb. Lakin hücum edənlərdən biri hadisə yerindən qaça bilib.

Hazırda müvafiq orqanlar azyaşlı “qarətçilərlə” məşğul olur və uşaqlar profilaktiki uçota götürüləcək.

Yeri gəlmişkən, həmin iki qəhrəman daha öncə də həmin mağazada görülüb. Onlar mağazanın daimi ziyarətçilərindən olublar və artıq oyuncaqların oğurlanmasında şübhəli bilinirlər.


Yeddi yaşlı uşaqlardan inanılmaz “qarət” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ