EURO 1,849 NEFT 55,99
USD 1,7475 RUB 0,0303
  1. http://www.islamazeri.az/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.08.2016 14:49:25

Azərbaycanda valideynlər bir çox hallarda yay aylarında uşaqlara peyvənd etdirməkdən çəkinir.

Havaların isti keçməsi ilə əlaqələndirilən bu "ənənə" valideynlərin istəyi ilə yanaşı, bir çox hallarda poliklinika həkimləri tərəfindən də söylənilir. Bəs bu düzdürmü? Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)direktor müavini Afaq Əliyeva azvision.az-a açıqlamasında bunun tamamilə yanlış olduğunu deyib. O qeyd edib ki, peyvəndlər il boyu, fəsildən asılı olmayaraq vurulur. "Yayda uşaqların peyvənd edilməməsi ifadəsi yanlışdır. Peyvənd təqvimə uyğun, uşağın aylığı və yaşı nə zaman tamam olursa, o zaman vurulur. Bəzən valideyn hər hansı səhvə yol verir, uşağı vaxtında peyvəndə aparmır. Lakin peyvəndlərin yay fəslində vurulmaması kimi qayda, qanun yoxdur. Peyvənd il boyu, fəsildən asılı olmayaraq aparılır". A.Əliyeva qeyd edib ki, yay fəslində heç bir poliklinikada uşaqalar peyvəndən kənarda saxlanılmır. "Hansısa valideyn əgər yay aylarında uşağını peyvəndə aparmırsa, bu, qanunauyğunluq demək deyil. Statistika göstərir ki, il boyu uşaqlara peyvəndlər vurulur. Yayda ola bilsin ki, valideyn evdə olmur, bağa və ya istirahətə gedir. Yalnız belə hallarda hansısa uşağın peyvəndi yubana bilər".


Yayda uşağa peyvənd vurmaq olarmı? - Açıqlama

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sankt-Peterburq şəhərinin ruhanisi və möminləri Şeyx Sərdarın həbsini pisləyib
    Rusiyanın Sankt-Peterburq şəhərinin ruhanisi hacı Rüfət Məmmədov və bu şəhərin möminləri Azərbaycan Ruhanilər Məclisinin üzvü Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.
     25.02.2017
    Yəmən İordaniya qırıcısını vurdu
    Səudiyyə rejim Yəmən müharibəsi üçün 10 milyard dollar istəyir...
     25.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ