EURO 1,9062 NEFT 52,21
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:14.03.2017 16:21:01

Yeni təkərlərin əsas özəlliyi onun universallığındadır.

İslamazeri.az-ın “Novate” saytına istinadən verdiyi xəbərə əsasən, artıq yaxın gələcəkdə yeni qurğu peyda ola bilər. Həmin qurğu avtomobil istifadəçilərini yeni fəslin gəlişi ilə təkərlərin dəyişdirilməsi məsuliyyətindən azad edəcək. “Ağıllı” təkərlərin özləri hava şəraiti və yol örtüyünə uyğunlaşacaqlar.

21-ci əsr, adət halını almış əşyalar üçün yeni standartlar diktə edir. Bu tendensiya həm də avtomobil sənayesinə aiddir. Bu yaxınlarda bir qrup dizayner və mühəndis “Kumho`s Maxplo” adı altında yeni konseptual qurğunu təqdim edib. Qeydedilən cihaz sözün əsl mənasında “ağıllı təkər” olacaq.

Yeni təkərlərin əsas özəlliyi onun universallığındadır. Təkərlərin ən üstün cəhətlərindən biri də budur ki, yeni fəsilin gəlişi ilə şinlərin dəyişdirilməsinə ehtiyyac qalmır. Təkərlər avtomatik rejimdə öz xüsusi analizinin nəticələrinə əsaslanaraq, yol örtüyünün şəraitinə uyğunlaşmalı olacaqlar.

Maraqlı xüsusiyyətlərdən biri isə müxtəlif əlavə funksiyalardır. Onlardan biri sürücünün əmri əsasında təkərlərin genişlənməsi və daralmasıdır. Adıçəkilən funksiya qar və ya palçığın üzərində hərəkət edən zaman çox faydalı olacaq. Bundan başqa “Kumho`s Maxplo” təkərləri, yol səthilə daha yaxşı təmas üçün “tikanlara" da sahibdir.

“Ağıllı təkərləri” hər hansısa əşya ilə deşmək olduqca çətin olacaq. Amma əgər kimsə bunu etməyi bacararsa, o zaman təkərin zədələnmiş sahə və ya sahələri “avtomatik doldurma” hesabına əvəzlənəcək.

Sonda isə qeyd etmək lazımdır ki, məlum təkərlərin çəkisi təxminən 12 kq olacaq. Onun normal rejimdəki qabaritləri 700x700x250 mm olacaq. Hər bir təkərdə bir cüt akkumulyatorla təchiz edilmiş kiçik elektro-mühərrik olacaq. Təkərlər ən son kompozit materiallardan hazırlanacaqlar.


Yaxın gələcəyin “ağıllı təkərləri” - ƏTRAFLI - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”
    Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir.
     26.05.2017
    İmam cümə seçkilərdəki saxtakarlıq, Bəhreyn və Səudiyyədəki qətliamlardan danışdı
    Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ