1. http://www.islamazeri.az/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:03.11.2016 09:08:00

Londonun Kral kollecinin alimləri yatmazdan öncə uşaqların, gənclərin smartfon və planşetlərdən istifadələrinin təhlükəli olduğundan danışıblar.

Bundan əlavə olaraq mütəxəssislər qeyd ediblər ki, hətta cihazın otaqda olması belə problemlər yarada bilər. Mütəxəssislər 6-19 yaş arası 120.000 uşaq və gəncin iştirak etdiyi təcrübənin nəticələrini analiz ediblər. Alimlər müəyyən ediblər ki, yatmazdan əvvəl sözügedən cihazlardan istifadə nəticəsində bir çox uşaqlarda gündüzlər yuxu çatışmamazlığı müşahidə olunur. Tədqiqatçılar bildiriblər ki, hətta cihazın otaqda olması belə yuxu keyfiyyətini aşağı salır. Uşaqlar və gənclər çox zaman kimdənsə vacib ismarıc gözlədikləri üçün onlarda yuxu pozğunluğu yaranır. Yuxu ilə problemlərin olduğu müddətdə gənclərdə iştahsızlıq, çəkinin artması və psixoloji çətinliklər müşahidə olunur. Alimlər həmçinin qeyd ediblər ki, yuxu çatışmazlığı, boyun artma tempinə və immun sistemin aktivliyinin aşağı düşməsinə gətirib çıxardır. Tədqiqatçılar əmindirlər ki, gələcəkdə bu vəziyyət daha da pisləşəcək. Biz getdikcə daha çox cihazlardan asılı vəziyyətə düşürük. Uşaqlar arasında cihazların məşhurluğu isə getdikcə artır. Əgər vacib bir tədbir görülməsə problem irimiqyaslı xarakter daşıyacaq. (Technote.az)


Yatmazdan öncə smartfondan istifadə etmək nə dərəcədə təhlükəlidir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Üzü üstə uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar. Barmaqlarımı sındırmaq həddinə çatdırdılar. Dedilər ki, qardaşımı, sürücünü saxlayıblar, çox dərinə getsəm, ailəmi də gətirəcəklər, paltarını çıxarıb çəkiliş edəcəklər."
     21.02.2017
    Bu gün Malkolm X-in şəhadət günüdür
    Bu gün 21 fevral XX əsrin ən yadda qalan simalarından olan, Amerika müsəlmanlarının liderləindən Malkolm X-in şəhadətə çatdığı gündür.
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ