1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:20.07.2019 14:45:30

Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb.

Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis baş leytenantı Rauf Fətəliyev bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 45 avtomobil müəyyən edilərək saxlanılıb: "Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib.

Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.

Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 45 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdı. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki apardığımız marifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".


Yasamal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ