1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:12.08.2016 02:23:22

Fələstində baş verən bu hadisə Fələstin tarixinə düşməməsi qeyri mümkündür

Bəzən insan, dünyadakı uşaq qatillərinə etiraz edə bilmədiyinə görə utancından başını aşağı salır. Əlbəttə ki, bunu yalnızca şərəf və ləyaqətini itirməyən, uşaqlara qarşı zülmləri həzm etməyən  insanlarda görmək olar. Lakin bəzən insan zülmü sakitcə göz yaşlarının müşaiyətilə kopüterdən izləməli olur və yalnızca "zülmə lənət"lə kifayətlənməli olur. Başınızı ağrıtmayacaq, yazını və fikirlərimi qısa yazacam.

Təsəvvür edin...

Təsəvvür edin; torpaqlarınızda düşməniniz ağalıq edir, evinizi, min-bir əziyyətlə özünüzün və ya ailənizin tikdiyi evi yerlə yeksan ediblər. Hər gün qonşunuzun, dostunuzun və ya qohumunuzun birinin həbs və ya ölüm xəbəri gəlir. Və öz vətəninizi də tərk edə bilmirsiz.  Axı sizin mühacirət etməyə imkanınız yoxdur buna görə ancaq ya mübarizəni, ya da ölümü seçməlisiz. Bu halda "Onsuzda hər kəs ölümü dadacaq" deyərək "Zülmə etiraz etməyən dilsiz şeytandır" hədisini xatırlayacaqsınız və mübarizə yolunu seçəcəksiniz. Belə bir yolu artıq neçə illərdirki fələstinlilər, xüsusilə işğal altında torpaqlarda hər gün İsrail zülmünə məruz qalanlar seçiblər. Odurki, onlar hər gün İsrail əleyhinə etiraz edir, davamlı həbs, qətl və evlərə basqınlara əli yalın və ya daşlarla - Allahın onlara mübarizə üçün qoyduğu vasitə ilə sionist rejimə etirazlarını bildirirlər.  

Yaralanan uşaq...

4 mart 2016-cı il, Fələstinin işğal altındakı ərazi. Yenə uşaq, yeniyetmə və kişilər İsrail hərçilərinin onların evlərə soxulmasına etiraz edirlər. 10-11 yaşlı uşaq da, əsgərlərə etiraz səsini ucalda ucalda bu yaşa çatıb. Axı bu uşaq onun torpağını işğal edən, ailəsini didərgin salan, qohum və qonşusunu həbs edən və ya qətlə yetirənlərə qarşı nə etməlidir? Odur hamı kimi oda etiraz edir. Bu an, İsrail əsgərlərindən biri atəş açır və... Uşaq yaralıdır, lakin zülm maşınının əsiri olmaq istəmir və məzlumanə halda qışqırır. Digərlri də, qaçırlar, çünki bu zülm maşını ya onları qətlə yetirəcək, ya da uzun illər həbsə məhkum edəcəkdir.


Lakin...

Lakin  kişilər bu uşağın səsini duyurlar. Axı Peyğəmbərimiz "Bir məzlumun səsinə səs verməyən müsəlman deyil" buyurmuşdur. Bəlkə də, bu kişilərin yadına bu hədis heç düşməmişdi.  Bu yerdə, şərəf və ləyaqəti olan hər bir kişi məzlumun, xüsusilə bir zülmə məruz qalan yaralı uşağın səsinə biganə qala bilməz. Və kürəklərini düşmən maşınına tərəf çevirərək uşağı xilas edirlər. Sanki, Fələstin İntifadasının simvoluna çevrilən Məhəmməd və atasının hekayəsini illər sonra xatırlatdılar.

Son...

Yazımı xoş təəssüratla bitirmək istəyirəm. Diqqətinizə çatdıraq ki, uşağın həyatını xilas edən kişilər heç biri düşmən maşınının altında qalmadı və həyatdadırlar. Hazırda uşaq və kişi xəstəxanada müalicə alırlar. Beləcə, Xalid Şəturi adlı bu uşaq və onun həyatını xilas edən kişilər  Fələstin tarixinin mübarizə səhifələrinə, onlara atəş açan və zülm maşınının nökəri olanlar isə zülmün qara dəftərinə, cəhənnəm sakinlərinin siyahısına həkk olundular.

Ramin Bayramov

 Videoya BAXMAQ ÜÇÜN


Yaralanan uşaq və onu düşmən maşınından xilas edənlərin həyat hekayəsi

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əhmədinejad: “Amerikada səhnənin arxasında on nəfərlik şura var və böyük qərarlar verir”
    "Bu şuranın üzvləri tanınmış adamlardır və çox adam bu şuranın varlığından xəbərsizdir."
     23.05.2017
    Türkiyənin sabiq, yeganə qadın baş naziri məhkəməyə zorla gətiriləcək
    Tansu Çillər haqqında zorla gətirilmə qərarı
     23.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ