1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:05.02.2019 14:24:59

Politoloq bildirib ki, rus mediası bu konflikt haqqında çox yanlış, həqiqətə uyğun olmayan təbliğat aparır

Əvvəla, bunu bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti Rusiya ilə Yaponiya arasında adalar ətrafında yaranmış konfliktin tarixçəsini yaxşı bilmir.

Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov Kuril adalarına görə Rusiya ilə Yaponiya arasında mövcud olan böhranla bağlı danışarkən deyib.

Politoloq bildirib ki, rus mediası bu konflikt haqqında çox yanlış, həqiqətə uyğun olmayan təbliğat aparır:

“Hesab edirəm ki, bu problemin məğzini başa düşmək üçün həmin konfliktin yaranmasının tarixinə qayıtmalıyıq. 1956-cı ildə SSRİ və Yaponiya arasında Moskva bəyannaməsi imzalanıb və həmin bəyannamədə SSRİ Yaponiyaya mübahisəli olan 4 adadan ikisini qaytarmağa razılıq verirdi. Sual yaranır: əgər yaponların bu tələblərində heç bir arqument yox idisə, onda niyə SSRİ onlara torpaq qaytarmağa razılıq verirdi?

O dövrdə SSRİ-dən torpaq almaq qeyri-mümkün idi. Hətta bir müddət əvvəl SSRİ kommunist respublikası olan Çin ilə kiçik bir torpaq sahəsinin bölüşdürülməsinə görə qanlı müharibəyə girmişdi. Yəni bu dövlətin kapitalist ölkə Yaponiyaya iki adanı verməsi sübut edir ki, yaponların çox ciddi arqumentləri var. Hansı ki, bu arqumentlər nə rus, nə də Azərbaycan mətbuatında işıqlandırılır”.

Eldar Namazovun sözlərinə görə, İkinci Dünya müharibəsinə qədər haqqında danışdığımız 4 ada Yaponiyanın tərkibində idi:

“Hələ faşist Almaniyası SSRİ-yə hücum etməzdən öncə Yaponiya və Sovet Rusiyası arasında imzalanmış müqavilədə göstərilirdi ki, bu iki ölkə bir-birinə hücum etməyəcəkləri barədə öhdəlik qəbul edir. Bu hadisədən 1 il sonra almanların SSRİ-yə hücumu başladı. Bu dövrdə yaponların həm SSRİ ilə dostluq müqaviləsi, həm də almanlarla müttəfiqliyi var idi. Belə olduğu halda yaponlar seçim arasında qaldılar. Almanların Moskva ətrafında ruslara ağır zərbələr vurduğu, onların qoşunlarını günü-gündən qırdığı vaxtda Yaponiya iki müqavilə arasında seçim edərək rəsmi açıqlama ilə bildirdi ki, onlar Sovet Rusiyası ilə olan dostluq müqaviləsinə sadiq qalacaqlar və SSRİ-yə hücum etməyəcəklər. Belə olduğu halda ruslar yaponlarla sərhədə yerləşdirdiyi 1 milyona yaxın piyada tank və top bölmələrini Sibirdən çəkərək Moskva ətrafına gətirdi və şəhəri mühasirədən azad etdi. Bu, müharibənin gedişatının dəyişməsinə kəskin təsir göstərdi. Yəni yaponların bu addımı müharibənin taleyinin SSRİ-nin xeyrinə bitməsinə birbaşa təsir göstərdi”.

E.Namazovun sözlərinə görə, SSRİ almanlarla müharibədən qalib ayrıldıqdan sonra ABŞ onlara müraciət edib bildirdi ki, amerikanların yaponlarla müharibəsi davam edir və ruslar bu savaşa qoşulmalıdırlar:

“Belə olduğu halda illər əvvəl yaponlarda olduğu kimi, bu dəfə SSRİ sülh müqaviləsi imzaladığı yaponlarla müttəfiq ölkələr arasında seçim etməyə məcbur oldu. SSRİ Yaponiya İmperatorluğundan fərqli olaraq, iki dövlət arasında imzalanan müqavilədən imtina etdi və müttəfiq dövlətlərə kömək məqsədilə Yaponiyaya müharibə elan etdi.

Ada konfliktində də yaponların birinci arqumenti bundan ibarətdir ki, biz aramızda olan müqaviləyə sadiq qaldıq və almanlarla birgə sizə hücum etmədik, siz isə aramızdakı müqaviləni pozdunuz və ABŞ-la birgə bizə müharibə elan etdiniz.

Məsələ burasındadır ki, ABŞ yaponlarla müharibədə piyada və dəniz qüvvələrindən istifadə etmək istəmədiyinə görə 1945-ci ilin avqust ayında Xirosima və Naqasaki adalarına atom bombası atdı və bu hadisə yaponları birmənalı şəkildə şok vəziyyətinə saldı. Onlar başa düşdü ki, əgər bu silah ABŞ-da varsa, deməli, onlara müqavimət göstərmək mümkün deyil. Və bu atom hücumundan sonra Yaponiya imperatoru radio ilə çıxış edərək, Yaponiyanın kaputilasiya etdiyini, mübarizəni dayandırdığını bütün dünyaya elan etdi. Bu çıxışdan bir neçə gün sonra SSRİ hücuma keçərək, müqavimətsiz qalan yaponların hazırda konflikti gedən 4 adasını işğal etdi.

Hadisələrdən sonra, 1951-ci ildə ABŞ-ın San Fransisko ştatında İkinci Dünya müharibəsinin yekunu barəsində əlliyə yaxın ölkə arasında müqavilə imzalandı. Bu müqavilə imzalanan zaman SSRİ tərəfi müqaviləyə işğal olunmuş 4 adanın SSRİ torpaqları olduğunu göstərən bəndin əlavə olunmasını tələb edir, lakin buna nəinki Yaponiya, hətta SSRİ-nin müharibədə müttəfiqi olmuş ABŞ, Böyük Britaniya da razı olmur. Belə olduğu halda SSRİ İkinci Dünya savaşının yekunu barədə yazılmış kontrakta imza atmır.

Bu hadisələrdən sonra yapon hökuməti ruslarla danışıqlar apararkən yuxarıda sadaladığımız tarixi faktları və arqumentləri əsas gətirərək, çox sərt mövqedən çıxış edirdi. Yaponların arqumentləri o qədər güclü idi ki, 1956-cı ildə Moskva bəyannaməsi imzalananda kommunist dövləti olan SSRİ məcbur oldu ki, bu dörd adadan, heç olmasa, ikisini yaponlara qaytarsın.

Yuxarıda toxunduğumuz tarixi səbəblərə görə SSRİ, yaxud Rusiya Federasiyası ilə Yaponiya arasında müxtəlif toqquşma və soyuq müharibələr olur. Zaman-zaman dünya mediasının diqqət mərkəzindən çıxsa da, bu konflikt iki dövlət arasında daima davam edib və fikrimcə, yeni bir müqavilə imzalanmayana kimi davam edəcək”.

Image result for eldar namazov


Yaponiyanın sədaqətinə SSRİ necə xəyanət etdi? - İşğal tarixi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ