EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:09.03.2019 12:16:44

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş bir neçə ildir ki, qüvvəyə minib və viza məsələsi üzrə danışıqların yeni mərhələsi üçün yaxşı zəmin yaradır.

2017-ci ildə Gürcüstan Avropa İttifaqının assosiativ üzvünə çevrildikdən sonra həmin ölkənin vətəndaşlarına Aİ ölkələrinə vizasız giriş haqqı verildi. Lakin bunun üstündən iki il keçməmiş Avropa verdiyi qərara yenidən baxmaq məcburiyyətində qaldı.

İş burasındadır ki, Aİ ölkələrindən sığınacaq istəyən gürcüstanlıların sayı dəfələrlə çoxalıb. Almaniya, Fransa, İsveç və İslandiya Aİ rəhbərliyinə müraciət edərək, bu məsələ ilə bağlı narahatlıqlarını bildiriblər. Bu günlərdə Aİ-nin genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan Brüsseldəki çıxışında qeyd edib ki, Avropa Gürcüstanı təhlükəsiz ölkə hesab edir və bundan sonra gürcüstanlılara sığınacaq verilməyəcək.

Bəs Azərbaycan vətəndaşları ilə bu mənada vəziyyət necədir? Avropada siyasi mühacir kimi qalmaq istəyənlərin sayı çoxdurmu? Virtualaz.org-un əməkdaşı ilə söhbətində Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis bildirib ki, Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş bir neçə ildir ki, qüvvəyə minib və viza məsələsi üzrə danışıqların yeni mərhələsi üçün yaxşı zəmin yaradır.

“Hələlik tərəflər arasında vizasız rejim üzrə danışıqlar gedir, lakin biz hələlik, Gürcüstan və Ukrayna ilə olduğu kimi, Azərbaycan vətəndaşları üçün viza məhdudiyyətlərinin aradan götürülməsi üçün yol xəritəsini qəbul etməmişik. Bundan başqa, Aİ-nin özündə dövlətlər var ki, əcnəbilər üçün viza qaydalarının sərtləşdirilməsini tələb edirlər. Buna görə də, hələlik bu danışıqların nə vaxt məntiqi sonluğuna çatacağını demək çətindir. Lakin onları dayandırmağı da heç kim düşünmür”, - Avropa İttifaqının təmsilçisi deyib.

Bununla birlikdə, Avropa Komissiyasında qeyd edirlər ki, Azərbaycan Şərq tərəfdaşlığı ölkələri arasında yeganə dövlətdir ki, Aİ vətəndaşları üçün vizaları ləğv etməyib. Hətta Qazaxıstan və Özbəkistan da viza məhduiyyətlərini aradan götürüblər, Bakı isə tələsmir və bununla da, avropalıları təəccübləndirir. Bütün danışıqlarda Azərbaycan viza məhdudiyyətlərinin aradan qaldırılmasında maraqlı olduğunu ifadə edir, lakin bunun qarşılıqlı şəkildə edilməsində iddialıdır, halbuki Gürcüstan, Ukrayna və Moldova vizasız rejimə hələ çox qalmış avropalılar üçün vizaları ləğv etmişdilər.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva virtualaz.org-un əməkdaşı ilə söhbətində xatırladıb ki, Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş hələ 2014-cü ilin payızında qüvvəyə minib, lakin vizasız rejim məsələsi hələlik danışıqlar mərhələsindədir.

Bununla yanaşı, Aİ-nin ekspert komissiyası Gürcüstanla vizasız rejimin dayandırılması müxanizmi ilə bağlı Avropa İttifaqı Şurasına məruzə təqdim etməyə hazırlaşır. Sənəddə Aİ-nin bəzi ölkələrinin Gürcüstan vətəndaşlarından sığınacaq verilməsi xahişlərinin sayının xeyli artması ilə əlaqədar narazılığı əks olunacaq.


Yalnız Azərbaycan avropalıların vizasız gəlişinə icazə vermir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ