EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.12.2017 15:30:49

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Kiyevdə yaşadığı binanın damında tutublar və əllərini qandallayaraq aparıblar.

İslamazeri virtualaz.org-a istinadən xəbər verir ki, Saakaşvilini tutulana qədər binanın damından tərəfdarlarını küçələrə çıxmağa və onun oğurlanmasına imkan verməməyə çağırıb. O, prezident Pyotr Poroşenkonu “oğru” və “xain” adlandırıb. “Ukraynanlılardan xahiş edirəm mənim oğurlanmağıma imkan verməsinlər. Poroşenko və bandasının qanunsuzluğuna, oğurluğuna imkan verməyin”-Saakaşvili bildirib.

Lakin xüsusi təyinatlılar dama qalxaraq onu tutublar. Saakaşvilinin tərəfdarları onun həbsinə mane olmaq üçün xüsusi təyinatlılarla qarşıdurmaya giriblər. Amma müvəffəq olmayıblar. Təhlükəsizlik Xidmətinin saytında göstərilir ki, Saakaşvili cinayətkar qruplaşmanın fəaliyyətində iştirak etməkdə və həmin qruplaşmanın cinayət əməllərini gizlətməkdə ittiham olunur. Bu ittiham üzrə onu 5 ilə qədər həbs gözləyir. Siyasətçinin vəkili Pavel Boqomazov isə deyib ki, Saakaşvilini dövlət çevrilişi cəhdində ittiham edirlər.


Xüsusi təyinatlılar Saakaşvilini damda yaxaladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kafirlərin müsəlmanlar üzərində olan PLANI - Ayətullah Behcətin dilində...
    "Onlar ilk öncə dinimizi əlimizdən alır, daha sonra isə sərvətimizi talan edirlər."
     17.11.2018
    Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
    O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ