EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:13.10.2019 12:42:33

Xırdalanda oğurluq olub. Gecə geyim mağazasına girən şəxslər 1000 manat dəyərində paltar və ayaqqabılar oğurlayıblar.

Xırdalanda oğurluq olub. Gecə geyim mağazasına girən şəxslər 1000 manat dəyərində paltar və ayaqqabılar oğurlayıblar. Hadisə anı anbaan təhlükəsizlik kamerasına düşüb.

İslamazeri.com Xəzər TV-yə istinadla xəbər verir ki, əllərində olan dəmir parçası ilə mağazanın qapısını açırlar.

İçəri daxil olan bu iki şəxs əvvəlcə kassada pulun olub-olmadığını yoxlayırlar.

Kassada pul olmadığını görən şəxslər daha sonra çıxış yolun geyim oğurlamaqda görürlər. Əllərinə keçən geyimləri bir-bir yoxlayan şəxslər onları elə mağazadan götürdükləri çantalara yığırlar. Daha sonra isə oradan uzaqlaşırlar.

Kadrlar Xırdalan şəhərində lentə alınıb. Şəhərin mərkəzi yolunda yerləşən mağazaların birinə daxil bu iki şəxs sözün əsl mənasında oranı talan ediblər.

Mağaza sahibi Gündüz İsmayılov deyir ki, həmin şəxslər onlara ən azı 1000 manata yaxın ziyan vurublar. Hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə müraciət edilib.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə, hadisə ilə bağlı hazırda araşdırma gedir.


Xırdalanda mağazadan pul tapa bilməyən oğrular görün nə etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR
    Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli, 300 nömrəli qərarında dəyişiklik edilib.
     14.11.2019
    Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO
    ARB TV-nin "Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ