1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:09.05.2019 10:29:37

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində baş verib

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində baş verib.

Trend-ə şirkətdən verilən məlumata əsasən, baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq".

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i evə buraxılıb.

Bu barədə özəl olaraq xəstəxanadan Trend-ə bildiriblər. Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".

 Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb. Yanğın söndürülüb.

Xəzərdə borudüzən gəmidə baş verən yanğının SƏBƏBİ məlum oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ