1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.08.2017 12:33:31

12 avqust 2006-cı il tarixində Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust Xəzər Günü kimi qeyd edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xəzər Gününün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Azərbaycanda da Xəzər günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının, yerli idarəetmə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların və QHT-lərin iştirakı ilə görüşlər təşkil olunur, eləcə də dəniz sahili ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası–Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq “Tehran Konvensiyası” kimi də tanınan Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar vardır.


Xəzər Günü ilə əlaqədar dənizsahili ərazilər təmizlənir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ