1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:25.04.2019 14:22:54

Beynəlxalq alimlər qrupu ilk növbədə “kedarcidin” adlı şiş əleyhinə təsir göstərəcək maddənin sintezini yaradıblar.

Beynəlxalq alimlər qrupu ilk növbədə “kedarcidin” adlı şiş əleyhinə təsir göstərəcək maddənin sintezini yaradıblar. Bu bitki tərkibli antibiotiklər hüceyrələr və dayanıqlı bakteriyalarla mübarizədə yüksək təsirə malikdir. Bu barədə “Phys.org” məlumat verib.

“Bizimyol.info” xəbər verir ki, tədqiqatçılar təbiətdə mövcud olan “kedarcidin”in molekulyar quruluşunu 10 il sonra təyin edə bildilər. Bu mürəkkəb birləşmənin 30 il əvvəl Hindistanda torpaq nümunələrində aşkarlandığı müəyyən edilib.

Məlum olub ki, o, yüksək bioloji aktivliyə malikdir və mikroorqanizmlərin və xərçəng hüceyrələrinin DNT-ni zədələməklə onların gələcək artımını qarşısını alır. Lakin maddə mürəkkəb tərkibli olduğuna görə alimlər onun təkmirləşdirilməsi üçün laboratoriyada uzun müddət çalışmalı olublar.

Ekspertlərin fikrincə, əldə olunan nəticələr yeni nəsil antibiotiklər və şiş əleyhinə həblərin inkişaf etdirilməsinə kömək edəcək. Elm adamları gələcək tədqiqatlarda “kedarcidin”in tərkibinin müəyyənləşməsi üzərində tədqiqat aparacaqlarını bildiriblər ki, bu da xərçəng hüceyrələrini tamailə məhv edəcək həblərin yaranmasını reallaşdıracaq.


Xərçəngə qarşı ilk antibiotik yaradılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ