1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.08.2019 13:46:00

Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi - Gürcüstan, 17,7 faizi - Rusiya, 11 faizi - Türkiyə, 5,4 faizi isə digər ölkələrə gedib. Onların 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

 Bundan başqa, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstan - 12,4 faiz, Rusiya - 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Eyni zamanda, cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edəcək.


Xarici gedən azərbaycanlıların sayı xeyli artıb; Ən çox İran, Gürcüstan...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ