EURO 1,9906 NEFT 76,23
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2017 14:33:05

Layihə səsə qoyularaq qəbul edilib.

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib.

İslamazeri.com xəbər verir ki, dəyişikliyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bu barədə parlamentin rəsmi saytında məlumat verilib.

Dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədə əks olunub.


Xaricdə dini təhsil alanlar barədə yeni QƏRAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış vəkil təqsirləndirilən şəxs qismində
    Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
     25.05.2018
    Türkmənistanda yenilik: Polislər tualet və zibilxanalarda qəzet araşdırmalarına başlayacaq
    Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib
     25.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ