EURO 2,0024 NEFT 63,38
USD 1,7 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:11.02.2017 13:18:20

“Fatimeyi Zəhra (ə)” məscidi! Bu ad dosta da, düşmənə də çox tanışdır.

“Fatimeyi Zəhra (ə)” məscidi! Bu ad dosta da, düşmənə də çox tanışdır. 2009-cu ildə “Qan su yerinə axacaq - əgər məscid sökülsə!” şüarları hələ də bəzilərinin qulağındadır. Həmin günlər məscidə hücum çəkmiş qara buludlar möminlərin yaratdığı İlahi küləklə aradan aparılmış və qəlblərə sevinc bəxş etmişdi.

Möminlərin o zamanlar vəhdət və birliyinin bu gün də həsrətindəyik!

“2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdi. Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib,

Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib” (wikipedia).

Bəli, prezidentin yekun qərarı məsələnin kökündən həll olunduğu anlamında idi.

Lakin..

Bu gün artıq 2017-ci ildir. Həmin il ki, prezident bu ili İslam Həmrəylik İli elan etdi. Gəlin birlikdə “həmrəylik” sözünün mənasına diqqət edək; həmrəylik: Həmfikirlik, yekdillik; hər hansı bir ictimai hərəkətə və ya fikrə fəal surətdə hüsn-rəğbət göstərmə; fikir, mənafe birliyi. Anladığım qədər prezident İlham Əliyev “İslam Həmrəyliyi” deyəndə “İslam düşüncələri ilə həmfikirlilik, yekdillilik, islamın ictimai hərəkətlərinə və ya fikirlərinə fəal surətdə hüsn-rəğbət göstərmək, islamla fikir və mənafe birliyi”ni nəzərdə tuturdu. Ölkədə, prezidentin bu ifadəsinin əleyhinə atılan digər addımlar barədə söz açmaq niyyətim yoxdur. Əlbəttə ki, birindən başqa! Axı prezidentin rəsmi olaraq imzalayaraq bağladığı məsələni yenidən açılmasında kimin nə marağı var?

Niyə bu addımı məhz İslam Həmrəylik İlində atılır? Məscidin özünü sökə bilmədiniz, indi torpağına göz tikmisiz? Elə bilirsiz bu məsələni “Fatimiyyə günləri” ərəfəsində qabartmağınızın səbəbindən xəbərsizik? Elə bilirsiz Məscidin torpağını almaqla hesabı "1-1" edib, 2009-cu ildəki məğlubiyyətin əvəzini çıxaraq, daha sonra da sökülməsiylə bağlı qərarı yenidən gündəmə gətirib, icra etməklə "1-2" olaraq irəli keçmək istəyinizdən xəbərdar deyilik? Amma “Onlar hiylə qurdular, Allah da hiyləyə (hiylə qarşısında tədbirə) əl atdı. Allah hiylə quranların (tədbir tökənlərin) ən yaxşısıdır.” (Ali-İmran, 54). Allahın yardımı ilə hesab 2-0 möminlərin xeyrinə bitəcək! Allahla mübarizə aparanlar 90-cı dəqiqəyə qədər qalib gəldiklərini düşünərlər, lakin son anda nəticələr dəyişər. Tarix bu kimi nəticələrlə doludur.

Bütün möminlərdən icazə istəyirəm! İcazə verin hüsn-zənn edim (müsbət fikirləşim).

Məncə cənab prezident, məscidə qarşı atılan son addımdan xəbərsizdir, necə ki, 2009-cu ildə xəbərsiz idi (hüsnü-zənn).

Və necə ki, 2009-cu ildəki məsələdən xəbərdar olan kimi problemin həll olduğunu öz imzası ilə təsdiqlədi, bu məsələdən də xəbərdar olsa yenə də həmin addımı atacaqdır. Demək istədiyim budur ki, bu gün yazının əvvəlində həsrət çəkdiyim vəhdətə olduqca ehtiyaclıyıq. Həmin vəhdət ki, məscidin naləsini ucaldaraq, prezidentin qulağına çatdırdı. Biz yenə də etirazımızı və narahatçılığımızı ixlasla, sivil qaydada bildirməli və bu məsələnin yanlış olduğunu bəyan etməliyik. İslama qarşı başlanılan bu oyunda seyirci olmaqla kifayətlənməyək! Ya meydana atılaq, ya da ehtiyat oyunçular skamiyasında yer alaq və

ən azı ehtiyac olduğu zaman meydana atılaq.

Quranın dediyi kimi: “Möminlər içərisində elələri də vardır ki, Allahla bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzərlərinə əməl edtdilər , bəzisi isə gözləməkədirlər” (Əhzab 23).

Ruhullah Novruzzadə

Qeyd: Bu yazı İslamazeri.az-ın "Virtual müzakirə" rubrikasına təqdim edilib və qarşı tərəfin mövqeyi, fərqli düşününlər üçün müzakirəyə açıqdır.


Xanım Zəhra (məscidi) vəhdət həsrətindədir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər
    İŞİD-in üzvü olan 30 min xarici vəndaşdan 6 mini Afrika ölkələrindəndir
     11.12.2017
    Ramil Usubovdan yeni təyinat
    Daxili işlər orqanlarında yeni təyinat olub.
     11.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ