1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:11.07.2018 10:19:06

Çoxdandır görünməyən xalq artisti, tanınmış aktrisa Elmira Şabanova sükutu pozub.

Çoxdandır görünməyən xalq artisti, tanınmış aktrisa Elmira Şabanova sükutu pozub.

Yenicag.az-a açıqlama verən xalq artisti sənətdən, efirlərdən imtina etdiyini bildirib:

“Uzun müddətdir ki nə efirlərə çıxıram, nə də yaradıcılıqla məşğul oluram. Hər şeydən imtina etmişəm, bunun da səbəbləri var. Azərbaycanda 30-dan artıq filmə çəkilmişəm, amma bu gün kinodan danışmağa dəyməz. Kino diriykən basdırılıb, mən də onun içində. Ortalığa düşüb, guya film çəkirlər. Amma nə düz-əməlli ssenarisi var, nə də rejissor işi. Danışanda da olursan pis, düşmən qazanırsan. Susursan, özünə ziyan edirsən, dözmək çətindir. “Bozbaş Pictures”in çəkdiklərinə baxanda əsəbimdən partlayıram. Eləcə də o biriləri. İstər Elməddin olsun, istər Fərda, ya başqaları. Nə qədər şit-şit gülmək olar? Belə bayağılıqla nə vaxta qədər gündəmə gəlmək olar? Məsələ burasındadır ki, onların çəkdiklərinə elə özləri gülür, camaat, tamaşaçı gülmür. Belə bayağı filmləri görəndə məcburam efirlərdən, tədbirlərdən, medyadan uzaq gəzim. Çünki səhhətimə ziyan vurmaq istəmirəm”.

Aktrisa bu gün çəkilən seriallardan da narazılıq edib:

“Seriallar çəkilir, amma keyfiyyəti məni qane etmir. Heç vaxt o seriallara çəkilmərəm. Amma əsl kino çəkilsə və özümə layiq rol alsam, çəkilərəm. İranda, Türkiyədə səviyyəli filmlər çəkilir, dünyanın nüfuzlu festivallarına qatılır. Biz hələ də oturub gözləyirik”.


Xalq artisti son vaxtlar çəkilən film və serialları sərt tənqid etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmami Kaşani: “İmam Zamanın (ə.f) varlığını sual altına aparan düşmənlərlə əməkdaşlığımız yoxdur”
    "Mütəal Allah İmam Xomeynidən sonra bizə böyük nemət olan Ayətullah Xameneini bəxş edib."
     20.02.2019
    ABŞ İŞİD terrorçuları üçün Suriyaya 60 yük maşını sövq edib
    İttifaqın İŞİD terrorçularını xilas etmək üçün 50-60-a qədər yük maşınının Şərqi Fərat bölgəsinə sövq etdiyi bildirilib.
     20.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ