EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.06.2018 11:26:55

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.
 
ARB TV xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.
 
Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
 
Həmin şəxsin 51 yaşlı Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.
 
Etibar Əzizov (mərhumun qardaşı) : "Keçən ayın 21-i evdə olub. Görmüşəm. Bu gün eşitdim. Öldürüb orada basdırıblar”.
 
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir. 
 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

 

 

 

 


Xaçmazda dəhşətli cinayətin üstü açıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018
    Dövləti talayan sabiq məmurların lüks həyatı - FOTO
    Keçmiş vəzifəlilər dövlətdən oğurladıqları pullarla harın həyat tərzini davam etdirirlər
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ