EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:31.01.2017 17:19:59

Bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq.

İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həm də iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olacaq.

Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır.

Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa, həmçinin messencerə ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur.

Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək./technote.az


"WhatsApp"dan iki yenilik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ