EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:28.04.2020 23:52:55

WhatsApp messencerində qrup audio-videozənglərinə qoşula bilənlərin limiti iki dəfə artırılıb.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədı şirkətin bloqunda yazılıb.

Qeyd olunur ki,  indi videozəngə bir dəfəyə 8 nəfər qoşula bilər.

Əvvəllər bu funksiya yalnız test versiyalarında mümkün idi. İndi funksiyanın aktiv olması üçün tətbiqi yeniləmək lazım gələcək.

İştirakçıların əlavə edilməsi qaydası əvvəlki kimi qalıb: yeni qrup zəngi düyməsinə basıb formatı (audio və ya video) seçmək, sonra isə istədiyiniz istifadəçiləri əlavə etmək lazımdır.

Qrup söhbətlərini genişləndirmək lüzumunu mütəxəssislər koronavirus epidemiyası ilə əlaqələndiriblər.

“Pandemiyaya görə çoxumuz ailəmizdən, dostlarımızdan kənarda qalmışıq. Buna görə dünyanın bütün guşələrində insanlar WhatsApp-da səsli və videosöhbətlərdən yararlanmağa başlayıblar”, - məlumatda qeyd olunur.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib, ölənlərin sayı 200 minə yaxındır.


WhatsApp yeniliyə imza atdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da qaradərilinin öldürülməsi etirazları alovlandırdı - VİDEO
    Şəhərdə bir polis bölməsi də daxil olmaqla bir neçə bina yandırılıb.
     30.05.2020
    Qərara görə İbadət yerlərində maska taxmaq vacib oldu; Məscidlər açılırmı?
    Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məsələyə aydınlıq gətirib
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ