EURO 1,9658 NEFT 73,55
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:30.03.2018 10:39:48

“App Store” tətbiq mağazasında istənilən “iPhone” sahibinə “WhatsApp” istifadəçilərini izləməyə imkan verən “Chatwatch” tətbiqi peyda olub.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Lifehacker” məlumat yayıb.

“Dostlarınızın, qohumlarınızın və tabeliyinizdə olan əməkdaşların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə,  “Chatwatch”dan istifadə edin” deyə tətbiqin qısa təsvirində yazılır.

Tərtibatçıların sözlərinə görə, proqamı telefona yazan insanlar, həmsöhbətinin sonuncu dəfə nə vaxt tətbiqə daxil olduğunu öyrənə biləcək; qarşı tərəf statusun əks olunması funksiyasını deaktivləşdirdikdə belə.

Tətbiq eyni zamanda istifadəçinin adətən hansı saatlarda yatdığını, hansı saatlarda yuxudan oyandığını göstərəcək.

“Chatwatch” eyni zamanda, əlaqə siyahısında olan insanların bir-birilə nə zaman danışdıqlarını əks etdirə bilir.  Bunun üçün tətbiqin xüsusi alqoritmi bir neçə istifadəçinin şəxsi məlumatlarını tutuşdurur.

Tətbiqin “App Store”da 1,99 dollara satıldığı bildirilir. Ödənişi etdikdən sonra istifadəçi  əlaqə siyahısında olan iki istifadəçini bir həftə ərzində təqib edə bilir.  

Tərtibatçılar əmin edir ki, əldə olunan bütün gəlirlər, ABŞ prezidenti Donald Trampa qarşı çıxan siyasi qeyri-hökumət təşkilatının maliyyələşməsinə sərf olunacaq.


“WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda universitet binası uçdu - FOTO
    Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.
     21.06.2018
    ABŞ-ın Əfqanıstanda narkotiklə
    Dünya miqyasında narkotik maddə əkinində aparıcı ölkələrdən biri olan Əfqanıstanda 3 milyon insanın narkotik maddələrdən asılı olduğu bildirilir.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ