EURO 1,8654 NEFT 50,55
USD 1,7201 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:25.10.2016 13:00:44

WhatsApp, uzun müddətdir gözlənilən video zəng dəstəyini istifadəçilərlə görüşdürdü.

Tətbiqin Android platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz.

Android üçün WhatsApp tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən video zəng xüsusiyyəti nəhayətki gəldi. WhatsApp üzərindən eynilə Skype və ya Facetime-da olduğu kimi video konfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən video zənglər edə biləcəksiniz.

Əgər video zənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə WhatsAppın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.

WhatsApp video dəstəyi hansı versiyadadır?

Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən video zəng xüsusiyyəti, hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan WhatsApp, bu xüsusiyyətlə birlikdə Google-ın Duo tətbiqi ilə birlikdə digər mesajlaşma tətbiqlərinə rəqib olur.

Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən WhatsApp, keçdiyimiz günlərdə Snapchat oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.

Əgər WhatsApp video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

technote.az


WhatsApp-dan möhtəşəm yenilik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı-Sumqayıt qatarı yolda qalıb - AÇIQLAMA
    "Naqillərində baş verən nasazlıqdır".
     27.03.2017
    Belçikada müsəlman polislərə ehtiyac yaranıb
    "Onlar daha çox müsəlman polisə qulaq asırlar."
     27.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ