EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:03.02.2017 17:25:50

"Bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar".

"ESET" şirkəti "WhatsApp" istifadəçilərinə yeni fırıldaq barəsində xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, fırıldaqçılar müxtəlif bəhanələrlə istifadəçilərin şəxsi məlumatlarını toplayırlar. Buna bənzər fırıldaqlar daha əvvəllər də baş verib. Ancaq hazırda onlar daha irimiqyaslıdır.

Antivirus proqramlarının tərtibatında ixtisaslaşan "ESET" şirkətinin nümayəndələri "WhatsApp"da böyük sayda eyni məzmunlu məlumatlar aşkar ediblər. Fırıldaqçılar internet mağazasının nümayəndələri adı altında gizlənib, sonradan 250 avroya sertifikatın veriləcəyi bəhanəsi ilə müştərilərdən anketi doldurmağı xahiş edirlər. Bundan sonra onlar şəxsi məlumatların təsdiqlənməsini istəyirlər.

Ancaq keçiddən istifadə edən istifadəçi bu mağazanın rəsmi saytına aidiyyəti olmayan sayta keçirdi. Qeyd edilir ki, fırıldaqçıların adı altında gizləndikləri "Lidl" brendinə heç bir aidiyyəti yoxdur. Onların sözlərin doğru olmadığını bilmək üçün səhifənin URL-inə baxmaq kifayətdir.

Bununla belə, bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar. "ESET" şirkətinin nümayəndələri ehtiyatlı olmağı xahiş edirlər. Çünki bu yalanın tələsinə düşənlərə tez-tez zəng edəcəklər və lazımsız qeydiyyatlar, spam və pullu SMS xidmətləri təqdim edəcəklər.

Qeyd olunur ki, hələlik fırıldaqçılar Almaniya auditoriyası üzərində işləyirlər. Ancaq onlar çərçivələrini genişləndirə bilərlər.


Whatsapp-da növbəti fırıldaq aşkarlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ