EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.10.2017 09:50:35

Xeyli insan itkin düşüb.

Vyetnamın şimali və mərkəzi hissələrini cənginə almış leysan yağışları indiyədək ən azə 37 nəfərin ölümünə səbəb olub, 40 nəfər itkin düşmüş hesab olunur.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, yerli fövqəladə hallar idarəsinin açıqlamasına görə, daşqınlarda ən çox ziyan Hoa Binh əyalətinə dəyib. Burada 11 nəfər həlak olub, 21 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları aparılır. Ölkənin Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin açıqlamasına əsasən, ümumilikdə 6 əyalət üzrə 37 nəfərin öldüyü təsdiqlənib.

Məlumata görə, Vyetnam xəbər agentliyinin jurnalisti təbii fəlakət bölgəsində reportaj hazırlayarkən məcrasından çıxmış çayın sularına qərq olub. Hoa Binh əyalətində azı 18 nəfər torpaq sürüşməsinin altında qalıb, 15 nəfər isə hələ də itkindir.

Nge An və Zanh Hoa əyalətlərində 8 nəfər həlak olub. Yüzlərlə xilasedici və əsgər itkin düşənləri axtarır. Məlumata görə, son 4 gün ərzində Vyetnamın şimal və mərkəzi hissələrinə 400 millimetr yağıntı düşüb. Bu il ölkə üzrə baş vermiş təbii fəlakətlər nəticəsində 170-dən çox insan ölüb, 36 milyon dollar maddi ziyan dəyib.


Vyetnamda 37 nəfər sel fəlakətinin qurbanı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ