1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.12.2019 19:24:17

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini -“Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini - “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla əlaqədar keçirilən yolasalma mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzulayıb, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə  əminliyini ifadə edib.  


Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Human Rights Watch: Bəhreyndə durum vahiməlidir
    Human Rights Watch Bəhreyndə insan haqlarının durumununu vahiməli adlandırıb
     17.01.2020
    Tehranın cümə namazında milyonluq iştirak - VİDEO
    Bu gün Tehranın cümə namazına iştirak edənləri sayı milyonlarla ölçülüb
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ