EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 13:19:24

İpək və gümüş saplarla həkk edilən naxışlar, "Allah" və "Əli" sözlərini əmələ gətirir.

İsveçdə tədqiqatçılar Vikinq qayıq qəbirlərindəki dəfn geyimi üzərində həkk edilmiş ərəb hərfləri aşkarlayıblar. Bu, ortaya İslamın Skandinaviyaya təsiri haqqında yeni suallar çıxarır, jurnalist Tharik Hüseyn yazır.

Tipik Vikinq dövrü kəfənləri 100 ildən çoxdur ki qorunur.

Amma geyimlər üzərində aparılan yeni bir təhqiqat, - 9 və 10-cu əsr qəbirlərindən tapılan geyimlər - Vikinq və müsəlman dünyaları arasındakı əlaqənin göstəricidir.

İpək və gümüş saplarla həkk edilən naxışlar, "Allah" və "Əli" sözlərini əmələ gətirir.

Yazıları Uppsala Universitetindən tekstil arxeoloqu Annika Larsson üzə çıxarıb. O, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Birka və Gamla Uppsalada aşkar olunan qayıq və otaq məzarlardakı kişi və qadın dəfn geyimlərinin qalıqlarını təhqiq edən zaman naxışlarla qarşılaşıb.

Bu Larssonun diqqətini, unudulmuş parçaların Asiya, İran və Çindən gəldiyini müəyyənləşdirdikdən sonra cəlb edib.

O deyir ki, bu kiçik həndəsi işarələr, - 1.5 santimetrdən hündür olmayan - Skandinaviyada gördüyü heç bir şeyə bənzəmirdi.

"Onları heç nə ilə tutuşdura bilmirdim. Ta ki, İspaniyada mavr parçalarını xatırlayana qədər."

Larsson sonradan anlayıb ki, qarşısındakılar Vikinq naxışları yox, ərəb-kufi yazılarıdır.

Və iki söz təkrarlanır. Onlardan birini o, iranlı həmkarının köməyi ilə oxuya bilib. "Əli".

Amma Əli sözünün yanındakı sözü açmaq bir o qədər asan olmayıb.

Bunun üçün Larsson, hərfləri böyüdərək hər bucaqdan yoxlayıb.

"Birdən aynalı yazı ilə həkk olunan 'Allah' sözünü gördüm," o deyir.

Larsson adları təxminən 100 ədədlik hissələrdən onunda aşkarlaya bilib. O, hələ də parçaların üzərində işləyir və bu sözlər hər yerdə yanbayan gəlir.

Bu tapıntılar, məzarın sakinləri haqqında yeni suallar yaradır.

"Qəbirlərin bəzilərinin müsəlmanlara aid olması şansı kifayət qədər mümkündür," o deyir.

"Vikinq məzarları qazıntılarımızın bəzilərinin DNT analizləri göstərib ki, dəfn olunan insanlar fars əsillidirlər. Burada da İslam üstün rol oynayıb.

"Bununla belə, yeni tapıntılar göstərir ki, Vikinq dəfn ənənələrinə İslam ideyaları böyük təsir göstərib. Məsələn, ölümdən sonra cənnətdə əbədi həyat."

Onun komandası əynində dəfn geyimi olan bu bədənlərin coğrafi mənşəyini müəyyənləşdirmək üçün artıq universitetin immunologiya, genetika və patologiya şöbəsi ilə işləyir.

Vikinq və müsəlman dünyaları arasındakı əlaqəni əks etdirən çoxsaylı tarixi dəlillərlə mövcuddur. Buraya şimal yarımkürəsində tapılan İslam qəpikləri də daxildir.

İki ilə əvvəl tədqiqatçılar Birkadakı qadın məzarından tapılan gümüş üzüyü yenidən yoxlayarkən onun daşı üzərində "Allah üçün" ifadəsini aşkarlamışdılar.

Yazı kufcə idi. İraqın Kufə şəhərində 7-ci əsrdə istifadə olunan bu dil, Quranın ilk dəfə qələmə alındığı ərəb dillərindən biridir.

Larssonun tapıntısını daha da maraqlı edən məqam, parçaların Skandinaviyada ilk dəfə Əli adının qeyd olunduğu tarixi əşya olmasıdır. "Əli adı Allah sözünü yanında dəfələrlə təkrarlanıb," o deyir.


Vikinqlərin dəfn geyimini bəzəyən "Allah" və "Əli" yazısı - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ