EURO 2,0342 NEFT 56,71
USD 1,7008 RUB 0,0294

XÜSUSİ BURAXILIŞ - RAMAZAN AYI

Kateqoriya: MARAQLI

Yayınlanma tarixi : 28.05.2017 16:34:16

3.Göz

QlobalTV-nin Hidayət çırağı verilişinin Ramazan ayına həsr etdiyi xüsusi buraxılışı

Verilişdə Ramazan ayının və orucun fəzilətləri, mənəvi və sosial faydaları haqqında müzakirələr aparılıb.

Verilişin qonaqları isə Şahin Həsənli, Ramil Bədəlov, Mail Yaqub olublar.

Verilişdə aşağıdakı suallara cavab verilib:

1. Mübarək Ramazan ayına “ayların sultanı” və “Allahın ayı” deyirlər. Bunun səbəbi nədir?

2. Hədisi-qüdsidə buyurulur: “Oruc mənim üçündür. Onun savabını da mən özüm verəcəyəm”. Sizcə, Allah niyə oruca bu qədər xüsusi önəm verib?

3. Orucluq bəzi əməllərdən çəkinmək deməkdir, məhdudiyyət və məhrumiyyət deməkdir. Bunun fəlsəfəsi nədən ibarətdir? Niyə Allah bizə bu məhdudiyyətləri hiss etdirmək istəyib?

4. Ramazan səbir ayıdır. İnsan əxlaqında səbir hansı yeri tutur?

5. Orucluq və təqva arasında hansı əlaqə mövcuddur?

6. Orucun sosial faydaları barədə bir qədər məlumat verin. Mehribanlıq, yardımlaşma duyğularının cəmiyyətdə möhkəmlənməsində oruc nə kimi rol oynayır?

7. Orucluq ayında, xüsusilə, Qədr gecələrində edilən dualar tez müstəcab olur. Allahdan nəyi istəməyi tövsiyə edirsiniz?

8. Ramazan Quranın nazil olduğu aydır. Bu ayda Quranla ünsiyyətimiz necə olmalıdır?

9. Bəzi insanlardan “sizi oruc tutmaqdan çəkindirən səbəb nədir?” deyə soruşanda ac-susuz qala bilmədiklərini söyləyirlər. Müvəqqəti ac-susuz qalmaq həqiqətən dözülməzdirmi?

10. Ramazan ayına rövnəq verən amillərdən biri də iftar məclisləridir. Dinimizdə iftar vermək və iftar dəvətinə qatılmaq barədə nələr buyurulub?

11. Ramazan ayını necə keçirmək və hansı məsələlərə xüsusi diqqətlə yanaşmaq barədə tamaşaçılara tövsiyəniz nədir?

12. Xalqımızın Ramazanla bağlı hansı gözəl adət-ənənələrini xüsusi vurğulamaq istərdiniz? Unudulub yaddan çıxan hansı ənənələrimizi dirçəltməyə ehtiyac var? Əksinə, Ramazanın ruhu ilə uzlaşmayan hansı hallar var ki, onların aradan qaldırılmasını arzu edirsiniz?

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ZAUR İSLAM - AĞAM HÜSEYN
     21.09.2017 14:47:48
    FATİMEYİ ZƏHRA MƏSCİDİ - 1-Cİ ƏHYA
    Fatimeyi Zəhra məscidində möhtəşəm əhya gecəsi mərasimi keçirilib
     14.06.2017 16:41:23
    İMAMIN MÖVLUDU UŞAQLAR EVİNDƏ KEÇİRİLDİ
    İmam Həsənin (ə) mövludu ilə bağlı "Ümid yeri" müvəqqəti uşaq sığınacağında tədbir təşkil edilib
     12.06.2017 18:23:23

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ