BAKIDA VƏHDƏT HƏFTƏSİ TƏDBİRİ

Kateqoriya: VİDEO XƏBƏR

Yayınlanma tarixi : 21.11.2019 13:56:50

İçərişəhər Cümə məscidi və "Kral" ət və ət məhsulları şirkətinin təşəbbüs və təşkilatçılığı, maddi və mənəvi dəstəkləri ilə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s) və onun əziz nəvəzi həzrəti İmam Cəfər Sadiqin (ə) mövlud məsclisi keçirilib.

İslamazeri.com xəbər verir ki, bu gün, paytaxt Bakı şəhərində, məşhur mərasim zallarından birində İçərişəhər Cümə məscidi və "Kral" ət və ət məhsulları şirkətinin təşəbbüs və təşkilatçılığı, maddi və mənəvi dəstəkləri ilə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s) və onun əziz nəvəzi həzrəti İmam Cəfər Sadiqin (ə) mövlud məsclisi keçirilib.

Tədbir, Azərbaycan Respulikasının himninin birgə oxunması və müqəddəs Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra İçərişəhər Cümə məscidinin axundu ilahiyyatçı-alim Hacı Surxay Məmmədov açılış nitqi edərək, qonaqları mövlud münasibəti ilə təbrik edib. O cümlədən də, tədbirə dəstək verən “Kral” ət və ət məhsulları şirkətinin direktoru Yavuz Həsənov da, öz növbəsində, qonaqları salamlayıb.

Tədbirdə ilahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Hacı Eldayaq Hüseynov çıxış etdilər.

Məclisdə incəsənət xadimləri və məddahlardan “Natiq Ritm Qrupu”, Hacı Ceyhun Müəzzin, Hacı Rəşad, Hacı Elşən Xəzər, İzzət Bağırov və digərləri ifalar ediblər.

Keçirilən sual-cavab yarışında isə, düzgün cavabı səsləndirmiş şəxsə Kərbəla ziyarəti hədiyyə edilib.

Sonda isə tədbir Hacı Surxay Məmmədlinin çıxışı ilə bitib.

Qeyd edək ki, İçərişəhər məscidi və “Kral” şirkəti artıq ikinci ildir ki, "Vəhdət Həftəsi" - Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud tədbirini keçirir.

Tədbirdən sonra isə dəyərli qonaqlar bu gün münasibəti ilə İslamazeri xəbər portalına danışıblar.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YUSİF MƏMMƏDOVLA MÜSAHİBƏ
     03.09.2019 13:41:07
    QURBAN BAYRAMI REPORTAJI
     15.08.2019 11:55:31
    HACI MƏSİM HAQQINDA...
    Hacı Məsim Novruzov: Dostlar onun barəsində
     28.07.2019 13:36:22
    İMAM RZA DEYƏNDƏ AĞLINIZA İLK NƏ GƏLİR?
    İmam Rza (ə) deyəndə ağlınıza ilk nə gəlir? - Bayram sorğusu
     14.07.2019 13:03:48

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ