1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.05.2020 22:10:51

Türkiyədə sevilən siyasətçi və FETÖ-nun özünə böyük düşmən bildiyi, vertolyot qəzasında dünyasını dəyişən Möhsün Yazıçıoğlunun nəvəsi dünyaya gəlib

İslamazeri.com xəbər verir ki, Türkiyədə sevilən siyasətçi 2009-cu il mart ayında vertolyot qəzasında dünyasını dəyişən Möhsün Yazıçıoğlunun nəvəsi dünyaya gəlib. Nəvəsinin adı babasının şərəfinə Möhsün qoyulub.

Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Möhsün Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Möhsün Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977-1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Möhsün Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb. 80-ci illərdə Abdullah Çatlı haqqında qiyabi həbs qərarı verildikdən sonra "Ankaranın hər yerində bomba partladarıq" bəyanatı verən Yazıçıoğlu Çatlı haqqında məhkəmə hökmünün dəyişdirilməsinə nail olmağı bacarıb.

1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra o "MHP və Ülkücü Qurumlar" cinayət işi ilə əlaqədar həbs olunur və ömrünün 7,5 ilini həbsxanada keçirir. Həbsxanadan çıxdıqdan sonra hərbi çevriliş dövründə cəzaya məhkum olunmuş ülkücülərə və onların ailə üzvlərinə yardım göstərmək məqsədilə Sosial Təhlükəsizlik və Təhsil Dərnəyi yaradan Möhsün Yazıçıoğlu 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına qoşularaq siyasi fəaliyyətini bərpa edir. Partiyanın baş katibinin müavini vəzifəsində çalışan Yazıçıoğlu 1991-ci ildə Sivasdan millət vəkili seçilir. 1992-ci ildə isə partiya sədri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı Möhsün Yazıçıoğlunun MÇP-dən istefa verməsi ilə nəticələnir. O milliyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə 1993-cü ildə Böyük Birlik Partiyasını təsis edir və partiyanın ilk qurultayında sədr seçilir. 1995-ci ildə ANAP-BBP ittifaqının siyahısı üzrə Sivasdan millət vəkili seçilən Möhsün Yazıçıoğlu bir il sonra ANAP-dan ayrılır və yenidən öz partiyasına qayıdır. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkiləri boykot etdiyinə görə Möhsün Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılır və yenidən millət vəkili seçilir. O, 2007-ci ildə BBP sıralarına qayıdır və 3-cü növbədənkənar qurultayda partiyanın sədri seçilir.

25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman vertolyot qəzasında dünyasını dəyişib.


Vertolyot qəzasında dünyasını dəyişən Möhsün Yazıçıoğlunun nəvəsi dünyaya gəldi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ