1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:23.02.2017 15:33:31

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisinin ödəyicilərinə müraciət edib.

Müraciətdə deyilir ki, vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur.

"Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən, vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir. Vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 %-i miqdarında faiz tutulur”, - deyə müraciətdə qeyd edilir.


Vergilər Nazirliyindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ