EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:07.11.2018 23:40:07

"Ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm faktı müşahidə olunub."

"Ötən il dərmana davamlı xəstələrin 16 faizində ölüm faktı müşahidə olunub. Xəstələrin 19 faizində uğursuz müalicə, 59 faizində uğurlu müalicə olub, 6 faiz xəstə isə sonrakı müşahidələrə gəlməyib"

"Ölkə.Az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı vərəm, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə vərəmin gecikmiş forması aşkarlanıb.

H.Qədirova, həmçinin qeyd edib ki, keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi geniş saylı dərmanlara davamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub: "Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən də 11-i ölüb".
İnstitut direktoru əlavə edib ki, vərəmlə xəstələnmənin ən yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda qeydə alınıb:

"Uşaq və yeniyetmələr arasında isə Yevlax, Xızı, Bərdə, Saatlı və Mingəçevirdə yüksək xəstələnmə göstəriciləri olub. Vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunma göstərici ölkə üzrə 81% təşkil edib. Yalnız dörd rayonda - Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 % aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəmli xəstələrin İİV müayinəsinə cəlb olunması 50 %-dən az olub".


Vərəmin ən çox yayıldığı rayonlar - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ