1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.08.2017 17:52:57

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) yığmanın sabiq üzvü Akif Abdullayevin avqustun 8-də velosipedlə hərəkət edərkən avtomobillə vurularaq dünyasını dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytında yer alan açıqlamada bildirilir ki, sürücülərin ehtiyatsız davranışı bu cür hadisələrə səbəb olur: “Yollarda velosipedçilərin hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq, əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır. Bununla əlaqədar olaraq, AVİF mexaniki nəqliyyat vasitəsi sürücülərindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir”.

Qeyd edək ki, avqustun 8-də, saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Velosiped İdmanı Federasiyası sürücülərə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib
    Baş Prokurorluq məlumat yayıb.
     18.08.2017
    Suriya BMT-yə müraciət etdi: ABŞ koalisiyası dağıdılsın!
    Suriya BMT TŞ-ya müraciət etdi.
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ