Rusiyanın Argentinadakı yeni səfiri Dmitriy Feoktistov məsələ ilə bağlı danışıb.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, beynəlxalq terror qruplaşmaları Latın Amerikası ölkələrini öz cinayətkar məqsədləri üçün istfadə etmək imkanını gözdən keçirirlər.
Rusiyanın Argentinadakı yeni səfiri Dmitriy Feoktistov bildirib ki, terrorçular Latın Amerikası ölkələrində istirahət və müalicə üçün “tənəffüs” bazaları yaratmaq, həmçinin regionda təbliğat aparmaq və öz cərgələrinə yeni üzvlər toplamaq istəyirlər.
“Bununla bağlı bazar ertəsi günü Argentinanın xarici işlər naziri Xorxe Foriyə terrorçuluqla mübarizəyə dair hökumətlərarası razılıq layihəsini təqdim etdim.”, - deyə rus səfir qeyd edib.
Vəhabi terrorçular Latın Amerikasında “kök salmağa” çalışırlar